Mobil versiya
SİYASƏT "Bu cür hadisələr bizim üçün stimuldur"
Tarix: 22-04-2022 | Saat: 16:21
Bölmə:Ölkə | çapa göndər

SİYASƏT "Bu cür hadisələr bizim üçün stimuldur"

Mən, ilk növbədə, Dünya Azərbaycanlılarının V Qurultayının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm.

Bunu Azərbaycan Akademik Birliyinin sədri, Beynəlxalq Adom Enerjisi Agentliyinin icraçı direktoru, tibb elmləri sahəsində fəlsəfə doktoru və Vyanada Azərbaycan diasporunun nümayəndəsi Kamal Əkbərov Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində deyib.

"Bu cür tədbirdə iştirak etmək yurdundan uzaqda olan hər bir azərbaycanlı üçün vacibdir. Mən artıq beş ildir ki, Vyanada yaşayıram və BMT-də işləyirəm. Mənim üçün bu qurultaya dəvət olunmaq çox dəyərli idi", - deyə o bildirib.

Onun sözlərinə görə, bu gün hər bir azərbaycanlının qarşısında Qarabağdakı hadisələr barədə həqiqətləri dünyaya çatdırmaq tapşırığı durur.

"Yeni reallıqları nəzərə alaraq, hər bir azərbaycanlı və Azərbaycan diasporlarının nümayəndələri qarşısında Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi nəticəni dəstəkləmək məqsədi dayanır. Bu cür hadisələr bizim üçün stimuldur. Harada yaşamağından asılı olmayaraq, Azərbaycan xalqı ilə birlik hissi yaranır", - K.Əkbərov deyib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024