Heydər Əliyev müasir təhsil islahatlarının müəllifidir
Tarix: 22-04-2022 | Saat: 14:08
Bölmə:Media | çapa göndər
Təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. O, maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir. Dahi liderimiz Heydər Əliyevin təhsilə verdiyi qiyməti onun öz sözü ilə ifadə etmək istəyirəm: “Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”.
Azərbaycanlı olmağı ilə fəxr edən, özünü sadə Azərbaycan vətəndaşı kimi hiss edib müəllim adını bütün adlardan üstün tutan ulu öndər müəllimə həmişə yüksək qiymət vermiş və Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı üçün bir çox yeniliklər etmişdir. Ulu öndər Heydər Əliyev SSRİ dövründə, yəni Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlamış, ciddi islahatlar həyata keçirilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ulu öndərin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə xüsusilə diqqət mərkəzində saxladığı məsələlərdən biri də ana dilimizin varlığının və təmizliyinin qorunması idi. Birmənalı olaraq vurğulanmalıdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə, xüsusən də 1920-1960-cı illərdə respublikamızda Azərbaycan dili hakim mövqeyə malik deyildi. Həmin dövrdə ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Lakin bu gündəm milli dillərin inkişaf etdirilməsi ilə deyil, əksinə daha da sıxışdırılması ilə əlaqəli idi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar represiyalara məruz qoyulur, hətta sürgünə belə göndərilirdilər. Sovet rəhbərliyi bu mövzu ilə bağlı elə bir həssaslıq göstərirdi ki, hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Yalnız 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev dil məsələsində öz mövqeyini böyk cəsarətlə və qətiyyətlə bildirmişdir. Ulu öndər SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Bir müddət sonra Ulu öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşür və onunla danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı.
1993-cü ildə ümummilli liderimizin xalqın təkidli tələbi ilə respublikada ikinci dəfə hakimiyyətə qayıdışından qısa müddət sonra bütün sahələrdə ciddi dönüş və irəliləyiş yaşandı. O cümlədən ulu öndər elm və təhsilin inkişafını da diqqətdən kənarda qoymamış, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Dahi lider təhsil strategiyasının reallaşdırılması məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.
2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biridir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə təhsil sahəsində müstəsna əhəmiyyətə malik dövlət sənədidir.
Həmçinin Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı kimi məsələləri daim diqqət mərkəzində saxlayırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin gerçək adını da özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmişdir. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin uğurla həyata keşirilməsinin nəticələridir.
Zəkiyyə Həsənova,
YAP Gədəbəy rayon təşkilatı Qoşabulaq kənd ərazi partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024