Kamran Əliyev: Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu əvəzedilməzdir
Tarix: 22-04-2022 | Saat: 13:46
Bölmə:Media | çapa göndər

Dil hər bir xalqın milli sərvəti, mili kimliyinin daşıyıcısıdır. Onu qorumaq, yaşatmaq, əslində xalqın özünün yaşaması, özünü təsdiq etməsidir. Tarixboyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapır və istilalara, təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında isə ümummilli lider Heydər Əliyevin böyük xidmətləri danılmazdır.
Danılmaz həqiqətdir ki, Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Elmi, bədii, üslubi imkanları ilə sayılıb-seçilən bu dil xalqımızın, mədəniyyətimizin ən dəyərli, orijinal göstəricisidir. Bu dildə danışan, düşünən 50 milyonluq bir xalq dünya ədəbiyyatına saysız, hesabsız incilər bəxş etmişdir. Zaman-zaman dilimizə qarşı yad təsirlər, hücumlar olsa da bu dil zamanın sınaqlarından çıxdı. Çünki bu dilin mənsub olduğu xalqın Heydər Əliyev kimi Öndəri vardı.
Görkəmli türk alimi Mehmet Hengirmen deyirdi ki: “Dil olmayınca düşüncə olmaz. Düşüncə olmayınca da heç bir şey olmaz, millət, yüksəliş olmaz.”
Bu qayədən çıxış edən, bütün şüurlu fəaliyyətində millətini, onun dilini, mədəniyyətini sevən, qoruyan, inkişafı üçün hər vasitədən istifadə edən Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir.
Heydər Əliyev bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini labüd bəladan xilas etdi. Məhz Ümummilli Liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.
70-ci illərin ortalarında SSRİ-nin yeni Konstitusiyası qəbul olundu və vahid sovet xalqı adı altında milli dillərə basqı bir az da gücləndirildi. Onda milli rtespublikaların rəhbərləri belə, ana dilini gündəmə gətirməyə qorxurdular. Lakin qətiyyəti, diplomatik gedişləri və milli kökə bağlılığı ilə hamıdan fərqlənən Ulu Öndər Heydər Əliyev dil məsələsində də öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Məhz onun təkidli tələbi ilə Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddə daxil edilmişdir. Moskvadan göstərilən təzyiqlərə baxmayaraq o zaman Azərbaycan dili üzrə ali məktəb dərsliyinə Respublika Dövlət Mükafatının verilməsi də Ulu Öndərin ana dilimizə tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsi kimi böyük dəyərə malikdir.
Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi. Ulu Öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də ulu öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
Ulu Öndər Azərbaycan dilinin gözəlliyini, saflığını gənclərə təbliğ edir, onlarla hər görüşündə təkrar-təkrar dil məsələsini qabardır, gənc nəslin ana dilimzə məhəbbət ruhunda böyüməsi üçün əlindən gələni edirdi. Tələbələrlə çoxsaylı görüşlərinin birində onlara deyirdi: “Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz.”
Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən səmərəli tədbirlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən əsas faktorlardan biri kimi çıxış etməsini şərtləndirib.Dövlət başçımızın dediyi kimi: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".
Kamran Əliyev,
YAP Gədəbəy Rayon Təşkilatı
Qaravəlilər Kənd Ərazi Partiya Təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2025
24-02-2025