Mobil versiya
“Kim istəyir muğamı şortiklə oxusun, özü bilər” - Elnarə Abdullayevadan ATMACA
Tarix: 22-04-2022 | Saat: 13:06
Bölmə:Şou-biznes | çapa göndər

“Kim istəyir muğamı şortiklə oxusun, özü bilər” - Elnarə Abdullayevadan ATMACA

"Keçən il 3 ay Moskvada toylara görə yox, orada konsertə görə uzun müddət qalmalı oldum. "Qələbə" adlı canlı konsert proqramı ilə 1500 nəfərlik zalda çıxış etdim.

Oradan bir manat da pul qazanmadım. Əksinə öz cibimdən xərclədim. Bakıda hələ konsert vermək üçün 100.000 manat pul xərcləməlisən. Moskvada isə bu rəqəm daha artıqdır. 120 000 manata yaxın pul xərclədim. O konserti pul qazanmaq xətrinə etmədim.

Böyük qələbimizə həsr olundu bu konsert. Bunu da Vətənə olan eşqimə, məhəbbətimə görə etdim. İlkini də mən etdim. Bu isə mənim üçün dünyadır. Vətənə görə, canımı fəda edərəm, pul məsələləri önəmli deyil".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artisti Elnarə Abdullayeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Bir müddət əvvəl Əməkdar artisti Nigar Şabanovanın səsləndirdiyi "Oxuduğum muğam janrına yeni tərz gətirmək istəyirəm. Çünki geyim tərzi mənə mane olur" fikirlərinə sənətçi belə münasibət bildirib.

"Kiminsə fikri mənim üçün maraqlı deyil. Hər kəsin öz fikri var və hörmətlə yanaşıram. Kim istəyir muğamı şortiklə oxusun, kimi də donla... Özləri bilər. Mənim nə borcuma? Kim nə istəyir edir. Kiminsə guya qabağını kəsmək olur? Muğam oxuyanın xüsusi ağlı olmalıdır, geyimi yox! Nə istəyirsən geyin, əsas ağlın olsun. Nə oxuyursan oxu, amma ağlın olsun. Sənət yaratmaq lazımdır. Sənəti nə ilə oxuyursansa oxu, amma yarat".

Şəxsi biznesinin olub-olmadığı ilə bağlı suala E. Abdullayeva "Bir tikə pulumuzu qazanıb, Allahımıza şükür edirik. Camaat biznesini bağlayır, indi biznes açaq?!" deyə, bu mövzu ilə bağlı fikirlərini belə davam edib.

"Başqa sahənin adamları bizneslə məşğul ola bilər. Amma mənim öz işlərim var. Konsertlər verirəm. Moskvada "Crocus City" də konsert edən adamın biznes qurmaq heç yadına belə düşmür. Biz sənət yaratmalıyıq, sənət öyrənməliyik.

Biznes qurmaq üçün iş adamları var. Mən bizneslə məşğul olandan sonra iş adamları nə işlə məşğul olacaqlar? Oxuyacaqlar? Xına evləri açanlar müğənnilər deyillər. Onlar o sənətin sahibi deyil.

Biz də gedək xına evi açaq, onlara mane olaq?! Onlar da gəlib oxusun? Bəs sənətlə kim məşğul olacaq? Amma xına evi açıb, bu işlərlə məşğul olan sənət nümayəndələrimiz çox əziyyət çəkirlər. Heç kimə asan gəlməsin".


Elnarə bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Mətanət İsgəndərli ilə hazırda küsülü olmadığını, tam əksinə münasibətlərinin yaxşı olduğunu söyləyib.

"Mətanət məndən yaşca böyükdür. Hər bir xırda məsələyə görə insan gərək küsməsin, dalaşmasın. Aramızda heç bir küsülük, inciklik yoxdur. Mətanətlə min dəfə görüşüb, qucaqlaşıb, öpüşmüşük. İnsanıq da, birini səhv, birini düz bilirik. Amma bizim aramızda heç biz söz-söhbət yoxdur".

Qeyd edək ki, E. Abdullayevanın "oğlumun müğənni qızla evlənməsinə icazə vermərəm" sözlərinə həmkarı Əməkdar artist Mətanət İsgəndərli "Belə fikirləri bir sahəyə aid etmək olmaz.

Bu, tamamilə səhv düşüncədir. Əgər özün bu sənətdəsənsə, sənətinə hörmətlə yanaşmalısan. Başqalarını da çağırmalısan ki, sənətinə hörmət etsinlər.

Bu cür fikirlər söyləyən özünü hörmətdən salır. Əgər pisdirsə, o zaman niyə bu sənətə gəlmisən?" deyərək münasibət bildirmişdi. Xanəndə isə cavabında: "Bunların o qədər qarınları qurdludur ki, guya mənim dediklərimi başa düşmürlər. Kim istəyir, getsin, oğlunu müğənni qızla evləndirsin. Bu, sizin şəxsi işinizdir.

Pis mənada deməmişəm. Əgər pis mənada başa düşürsünüzsə, deməli, siz pissiniz ki, bunu pis də anlayırsınız. Siz kimsinizsə, o mənada başa düşürsünüz! Başından böyük cavab versə, qarşısında məni görəcək. Nə lazımdırsa, sözümü deyəcəyəm" deyə mesaj ünvanlamış, nəticədə ikilinin arasında qalmaqal yaşanmışdı.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024