Mobil versiya
Mədəniyyət müəssisələrində qadın işçilərə dikdaban ayaqqabılar və qısa geyimlər qadağan edilib?
Tarix: 22-04-2022 | Saat: 10:24
Bölmə:Ölkə | çapa göndər

Mədəniyyət müəssisələrində qadın işçilərə dikdaban ayaqqabılar və qısa geyimlər qadağan edilib?

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aprelin 21-də Mədəniyyət Nazirliyi ölkə teatrlarına və mədəniyyət müəssisələrinə məktub göndərərək qadın işçilərə işə gələrkən dikdaban ayaqqabılardan, cins və dar şalvarlardan, qısa geyimlərdən, qırmızı dodaq və dırnaq boyasından, həmçinin bu rəngdə geyimlərdən istifadə etmək qadağası qoyulduğu bildirilib.

Məsələ ilə bağlı Trend-in sorğusunu Mədəniyyət Nazirliyindən cavablandırıblar.

Açıqlamada qeyd edilir ki, Mədəniyyət Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq tənzimlənir, o cümlədən dövlət qulluqçularının xidməti davranışı "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

"Adıçəkilən Qanunda etik davranış qaydalarına dair ümumi müddəalar müəyyən edilməklə yanaşı, həmin etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı davranış mexanizmi və qaydaların işlənib hazırlanması səlahiyyəti dövlət orqanlarına həvalə edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydalarının hazırlanması nəzərdə tutulub.

Mədəniyyət Nazirliyində Daxili İntizam Qaydaları Əmək Məcəlləsinin və əmək münasibətləri sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktların tələbləri və müəssislərdə çalışan işçilər arasında formalaşmış işgüzar adətlər nəzərə alınaraq hazırlanıb. Qaydalarda hər hansı işçinin və ya şəxsin hüquqlarını və ya azadlıqlarını hər hansı şəkildə məhdudlaşdıran heç bir hal nəzərdə tutulmayıb. Əksinə, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını tam həcmdə və keyfiyyətlə yerinə yetirən, müəssisənin daxili intizam qaydalarına əməl edilməsində fərqlənən işçilərin mükafatlandırılması və əməyinin dəyərləndirilməsi nəzərə alınıb.

O ki qaldı geyimlə bağlı tələblərə, Qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod" müəyyən edirlər.

Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb", - deyə nazirlik qeyd edir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024