Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük tarixi hadisədir
Tarix: 20-04-2022 | Saat: 16:05
Bölmə:Media | çapa göndər
Azərbaycanda yenidən ölkəmiz və xalqımız üçün xüsusi əhəmiyyət daşıyan böyük bir tədbir ərəfəsindədir. Aprelin 21-25-də işğaldan azad olunmuş Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək. Artıq bu böyük tədbirin təşkili ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək.
Bu məqamda birmənalı olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan diasporunun formalaşması prosesində, dünya azərbaycanlılarının təşkilatlanmasında, ümumiyyətlə, diaspor quruculuğunda Ümummilli Lider Heydər Əliyev böyük rol oynayıb. Ulu Öndər 23 may 2001-ci ildə “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 724 nömrəli Sərəncam imzalayıb. Həmin il noyabrın 9–10-da isə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Ümummilli Lider Heydər Əliyev həmin tədbirdə geniş nitq söyləyərək, Azərbaycan diasporu qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirib.
Sözügedən qurultaydan sonra, 2002-ci ilin 5 iyulunda Prezident Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalaması da Azərbaycan diasporunun inkişafı baxımından tarixi hadisə idi. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli, 54 saylı Sərəncamı ilə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi ya¬radıldı. Bundan sonra 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının ikinci, 2011-ci il iyulun 5–6-da üçüncü, 2016-cı il iyunun 3–4-də dördüncü qurultayı keçirildi.
Sözsüz ki, diaspor quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olub. Dövlət başçısının təşəbbüsü ilə 2003-cü ildən sonra Azərbaycan və türk diasporları¬nın birləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Məhz bu birləşmədən sonra Azərbaycan diasporu daha da güclənməyə, dünyada, xüsusən Qərb ölkələrində geniş yayılmış saxta və qondarma erməni təbliğatına ağır zərbə vurmağa başlayıb.
2008-ci il dekabrın 19-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilib. Beləliklə, dövlətimizin uğurlu dias¬por siyasəti nəticəsində xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması özünün yeni mərhələsinə qədəm qoyub. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alın¬masında qətiyyət nümayiş etdirirlər.
Hazırda dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir. Diasporun uğurla təşkilatlanmasının nəticəsi olaraq son 4 ildə 31 ölkəni əhatə edən 14 koordinasiya şurası formalaşıb, 12 ölkədə 18 Azərbaycan Evi (Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq, Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) yaradılıb. Eyni zamanda Birinci vitse-prezident Mehriban xa¬nım Əliyevanın təşəbbüsüilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.
Sonda təbii ki, diaspor təşkilatlarımızın Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində müsbət addım¬larını da xüsusi qeyd etməliyik. Vətən müharibəsi dövründə bu təşkilatlar dünyanın 30-dan çox olkəsində aksiyalar keçiriblər və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıblar. Bu baxımdan, torpaqlarımızın işğaldan azad olunduqdan sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük tarixi hadisədir.
Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024