Mayası ziyadan yoğrulmuş alim
Tarix: 20-04-2022 | Saat: 09:42
Bölmə:Təhsil | çapa göndər
«Söz hər şeydən əvvəl dinləyən istər,
Alıcı olmazsa tanınmaz gövhər».
İnsanın cəmiyyətdə yetişib formalaşmasında və müəyyən mövqe tutmasında nəslin, soykökün-genoloji amillərin və doğulduğu torpağın - böyüdüyü ictimai mühitin mühüm rolunun olması hələ də açılmamış sirlərdəndir.Belə şəxslərdən biri də Səbuhi Əliyevdir.Səbuhi Osman oğlu Əliyev 1982-ci il sentyabr ayının 7-də Ağdaş rayonunda müəllim ailəsində anadan olub. Orta təhsilini 1989-1999-u illərdə Ağdaş rayonundakı Müşfiq İsayev adına orta məktəbdə başa vurub. Digər həmyaşıdları kimi o da ali təhsil almaq üçün ali məktəblərdən birinə - Odlar Yurdu Universitetinə sənədlərini vermiş hüquq fakültəsinin tələbəsi olmuşdur. 2003-cü ildə isə bakalavr pilləsini hüquqşünaslıq ixtisası üzrə əla qiymətlərlə bitirmişdir.Odlar Yurdu Universitetinin cinayət hüququ və kriminalogiya ixtisası üzrə aspiranturaya daxil olumş, 2009-cu ildə isə Milli Elmlər akademiyasında fəaliyyət göstərən dissertasiya Şurasında «Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin cinayət hüququ mühafizəsi məsələləri» adlı dissertasiya işini müdafiə etmişdir. Gənc alim biliyini daha da artırmaq məqsədilə Azərbaycan respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.10.2010-cu il tarixli qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Hüquq elminə aid bir sıra monoqrafiyaların, 50-dən çox elmi məqalələrin müəllifidir. Bundan başqa alim «Konstitusiya və hüququn əsasları» adlı dərs vəsaitinin də müəllifidir. Hazırda isə «Bank hüququ» dərsliyinin üzərində işləyir. Səbuhi müəllim doktorluq dissertasiyasını müdafiə etmək ərəfəsindədir. S.Əliyev 2013-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə, Azərbaycan Turizm və Menecment Universitetində isə biznes idarəçiliyi üzrə də təhsillər almışdır. 2018-ci ildə İsveçrə ölkəsində biznesin inkişafı ilə bağlı əlavə təhsil almışdır. Xaricdə Avropa Şurasının Baş Katibinin imzası ilə Avropa şurasının sertifikatına layiq görülmüşdür. 2014-cü ildə isə Böyük Britaniyada bir sıra hüquq kursları keçmişdir. Bir çox diplomlara və sertifikatlara da layiq görülüb. 2019-2020-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdir müavini vəzifəsində çalışıb.2012-2015-ci illərdə Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının cinayət hüququ kafedrasında müəllim kimi çalışmışdır. Ölkənin aparıcı holdinglərində rəhbər vəzifələrdə çalışmışdır. Azərbaycan Françayzinq Mərkəzinin partnyorudur. Səbuhi müəllim hazırda Şabran rayon notariat ofisinin xüsusi notariusudur.Azərbaycan xalqının pedaqoji təfəkküründə yüksək mənəvi dəyərlər həmişə ön planda olmuşdur. Ona görə də xalqımız öz mənəvi zənginliyi-alicənablığı, düzlüyü,doğruçuluğu,sözübütövlüyü, qədirşünaslığı, humanizmi, əxlaqi ilə həmişə başqalarından fərqlənmişlər.İki övlad atası olan Səbuhi müəllim övladlarını da vətənə,elə bağlı fəal vətəndaş kimi tərbiyə edir.Biz də öz növbəmizdə şərəfli və məsuliyyətli bir işin davamçısı olan Səbuhi müəllimə elm yolunda atdığı addımların sayalı olmasını arzu edirik.
Qələmə aldı:
Ceyhun VAQİFOĞLU.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024