Mobil versiya
YAP Göygöl rayon təşkilatında bir qrup yaradıcı gənclərlə görüş keçirildi - FOTOLAR
Tarix: 18-04-2022 | Saat: 17:10
Bölmə:Ölkə | çapa göndər

YAP Göygöl rayon təşkilatında bir qrup yaradıcı gənclərlə görüş keçirildi

Bu gün YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçiriləcək 1-ci “Rəqəmsal İdeya Müsabiqəsi”nə hazırlıqla bağlı fəal YAP gəncləri ilə görüş keçirilmişdir.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev görüş iştirakçılarına müsabiqənin əsas məqsədinin Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının daha da artırılması olduğu barədə məlumat vermiş, nəticədə öz innovativ yanaşmaları ilə fərqlənən gənclər arasından seçiləcək 120 nəfərdən 30 komanda formalaşdırılacağı qeyd olunmuşdur.

YAP gənclərinə xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunacaq komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparmaları, gələcəyin çağırışlarına öz töhfələrini vermələri tövsiyə olunmuş, layihəyə seçiləcək bütün iştirakçıların YAP tərəfindən sertifikatlarla, qalib komandaların isə xüsusi mükafatlar, qiymətli hədiyyələr və diplomlarla təltif ediləcəyi bildirilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024