Polad Ağakişiyev: Vətən torpağında ölməzlik və əbədilik izləri olan şəhidlərimiz heç vaxt unudulmayacaq !
Tarix: 18-04-2022 | Saat: 15:07
Bölmə:Media | çapa göndər
Ölkəmizdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət qayğısı davamlı xarakter daşıyır. Bu humanist siyasətin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderimiz 1994-cü il avqust ayının 26-da imzaladığı “Azərbaycan Respublikasını Erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərmanı müharibə əlillərinin ehtiyaclarının ödənilməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlərə start verilib.
Dövlətimiz və cəmiyyətimiz üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı durumu, şəhid və qazi ailələrinin sosial – psixoloji vəziyyəti vacib əhəmiyyət kəsb edir.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, qüdrətli Ordumuzun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan şəxslərin problemlərinin həllini bir nömrəli vəzifə hesab edir.
2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident cənab İlham Əliyev bu vacib məsələyə xüsusi toxunmuşdur. Ölkə başçısı demişdir: “Bizim şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin - həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır”.
Azərbaycan Ordusunun Qələbəsi nəticəsində ərazilərimizin işğaldan azad olunmasından sonra həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibədə iştirak edən və həyatını itirən şəhidlərimizin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərimizə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi idi. Bu istiqamətdə tədbirlər bir neçə sahə üzrə aparılmışdır. İlk növbədə, sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur. Burada həm şəhid ailəsi üzvləri, həm müharibə əlilləri, eyni zamanda, müharibə veteranları da əhatə edilmişdir. Prezidentimizin müvafiq fərman, sərəncamlarına uyğun olaraq 2021-ci ilin əvvəllərində bu kateqoriyadan olan insanlara ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 60 faizədək artırılmışdır. Bu ilin əvvəlindən isə əlilliyə görə aldıqları sosial müavinətlər də 60 faizədək artırılmışdır. Ümumilikdə 93 min şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur. Ötən il üç minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə təqdim olundu. Cari ilin birinci rübündə də 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edildi. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Bu çərçivədə yaxın dövrlərdə növbəti yaşayış kompleksinin açılışı planlaşdırılır ki, ondan sonra bu proses daha da sürətlənəcəkdir. Qeyd etmək lazımdır ki, son üç il ərzində Prezidentimizin fərman-sərəncamları ilə 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, əlbəttə, bu kateqoriyadan olan insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün çox önəmlidir.
Görülən işlər, həyata keçirilən tədbirlər göz önündədir. Vətən torpağında ölməzlik və əbədilik izləri olan şəhidlərimizin ailə üzvləri, qazilərimiz heç vaxt unudulmayacaqdır. Bu qəbildən olan insanların dayağı Müzəffər Lider və güclü Azərbaycan dövlətidir.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024