Mobil versiya
Lənkəranda müəllim intihar etdi
Tarix: 16-04-2022 | Saat: 10:33
Bölmə:Ölkə | çapa göndər

Lənkəranda müəllim intihar etdi

Lənkəran rayonunda 61 yaşlı kişi özünü asıb.

aia.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Gəgiran ərazi nümayəndəliyinə aid Diryan kəndində baş verib.

Belə ki, bədən tərbiyəsi müəllimi, 1961-ci il təvəllüdlü Allahyar Qasım oğlu Rəhmətovun kəndə yaxın meşə ərazisində meyiti tapılıb.

Yaxınlarının sözlərinə görə, dünən axşamdan evə qayıtmadığından ailə üzvləri onu axtarıb və meyitini meşəlik ərazidə asılmış vəziyyətdə aşkar ediblər.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024