Mobil versiya
Cavanşir Feyziyev vəzifəsindən azad olunur
Tarix: 14-04-2022 | Saat: 14:51
Bölmə:Karusel / Media | çapa göndər

Cavanşir Feyziyev vəzifəsindən azad olunur

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçiləcək.

aia.az report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərar layihəsi parlamentin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, hazırda Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevdir. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə boşdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024