Mobil versiya
Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır
Tarix: 14-04-2022 | Saat: 09:22
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır

1993-cü ilin iyunundan sonra Azərbaycanda yetişməkdə olan gənc nəslin inkişafı, o cümlədən fiziki və mənəvi sağlamlığı həmişə dövlətin diqqət mərkəzində olub. Eyni zamanda, 1997-ci ildə cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinə sədr seçiləndən sonra respublikamızın idman sahəsi yeni inkişaf dövrünə qədəm qoyub. Bununla da müstəqilliyin ilk illərində yox olmaq təhlükəsi ilə üzləşən, unudulan idmanın kütləviliyinin artırılmasına, isdedadlı idmançıların meydana çıxmasına ciddi zəmin yaradılmasına başlanıb. Yəni, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət göstərilməsi, həmçinin əldə edilən uğurlar sayəsində Azərbaycan dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilib.
Qeyd edək ki, gənc nəslin sağlam yetişməsi üçün hər il ölkəmizin müxtəlif regionlarında idman-sağlamlıq obyektləri, olimpiya idman kompleksləri tikilib istifadəyə verilir, idman infrastrukturunun yenilənməsi istiqamətində də tədbirlər görülür. Azərbaycanın gələcəyi olan uşaq və gənclərə yaradılan şəraitin nəticəsidir ki, son illərdə ölkəmizdə idmanın bütün növlərinə maraq artıb.


Bundan başqa, idmanın inkişafı nətuicəsində gənclərin zərərli vərdişlərdən uzaqlaşmalarına, asudə vaxtlarını səmərəli keçirilmələrinə əlverişli şərait yaradılıb. Bu ugurlu strategiya respublikada saglam, vətənpərvər gəncliyin yaranmasına, idmanın inkişafıına ciddi təkan verib. Göstərilən qayğının məntiqi nəticəsi olaraq qısa zamandan sonra mötəbər beynəlxalq yarışların finallarından sonra səhnədə qalib Azərbaycan idmançısının sevincinə və müqəddəs üçrəngli bayragımızın birincilər sırasında dalgalanmasına şahidlik edirik.

Heç şübhəsiz, xalqımıza bu sevinci Prezident İlham Əliyev yaşatdı və bu gün də yaşatmaqda davam edir. Dövlət başçısının idmana, idmançılara diqqəti nəticəsində Azərbaycan beynəlxalq qaliblər sırasında öz mövqeyini getdikcə möhkəmləndirir. Yeri gəlmişkən, Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz böyük qələbə qazanmaları ilə xalqımız sonsuz sevinc hissi yaşayıb. Bu mötəbər turnirdə idmançılarımızın 16 medal əldə etmələri Azərbaycanın şöhrətini daha da artırıb.

Bir neçə gün bundan əvvəl ölkə rəhbəri Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən tam haqlı olaraq 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etməyin həm böyük qürur doğurduğunu vurğulaması da təsadüfi deyil. Prezident İlham Əliyev idmançılara yarışa çıxanda müzəffər ölkəni və qalib xalqı təmsil etdiklərini unutmamalarını xatırladaraq, həm gənclər, həm də böyüklər arasında Avropada birinci yeri tutmağın böyük nailiyyət olduğunu bildirib.

Dövlətimizin başçısı xüsusi olaraq söyləyib ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Qələbə seriyalarımız isə ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Çünki biz savaşımızı, haqlı mübarizəmizi diplomatiya, döyüş və idman arenalarında belə şərəflə aparmışıq. Ölkə başçısının qeyd etdiyi kimi, qələbədən daha vacib ləyaqətdir. Bu, dövlət, xalq olaraq bizim həyat amalımızdır. İdmançılarımızın uğurunun mayasında ləyaqət və hallalıq dayanır. Bu gün mötəbər beynəlxalq turnirlərə ev sahibliyi edən Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə