Pərviz Əhmədov işçilərə NİYƏ QƏNİM KƏSİLİB? - ETİRAZ
Tarix: 13-04-2022 | Saat: 13:25
Bölmə:Media | çapa göndər
Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı «Azneft» İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin rəhbərliyini sərt tənqid edib. M.Qəhrəmanlı idarədən yazan fəhlələrin şikayətlərinə istinadən bildirir ki, istehsalatda çalışan fəhlələrə lazımi geyim forması və iş prosesində tələb edilən ləvazimatlar və s. verilmir, yaxud lazımi səviyyədə verilmir. Sitat: «…Deyim ki, bu şikayətdə qeyd olunan vəziyyət «Azneft»in demək olar bütün idarələrində eynidir… Fəhlələr yazır ki, «Azneft» İB-yə tabe olan idarələrə, o cümlədən N.Nərimanov adına NQÇİ-yə bir ildən artıqdır ki, xüsusi geyim verilmir. Əlçək, sabun da 4-5 aydan bir verilir, onda da bir cüt əlcək, bir də 72%-lik sabun. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 209-cu maddəsində isə deyir ki, bu halda idarə rəisi Əməyin mühafizəsinin əsas prinsiplərindən biri olan və işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsini yerinə yetirmirsiniz».
Xatırladaq ki, N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədovdur. Gənc rəisin öz fəhlələrinə bu cür münasibəti başa düşülən deyil. //«Təzadlar»//
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024