Almaniyada işləyən ADAU-nun məzunu Çinarə Nəsibovadan xoş soraq var - FOTOLAR
Tarix: 12-04-2022 | Saat: 10:22
Bölmə:Təhsil | çapa göndər
Çinarə Nəsibova ziyalı ailəsində böyüyüb. Halallığı və cəmiyyətə yararlılığı üstün tutan ailə tək Çinarənin deyil, övladlarının hər birinin təhsilinə xüsusi diqqət ayırıb. Ən böyük arzuları isə övladlarını mükəmməl ixtisas sahibi kimi görmək olub. İstəklərinə çatan ailə bu gün övladları ilə qürur duyur, onların uğurlarına sevinir, zəhmətləri bəhrə verdiyi üçün çox sevinclidirlər. Bu gün ata-Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Nizami müəllim də, anası-iqtisad üzrə fəlsəfə doktoru,dosent Xalisə xanım da övladlarından razıdır, onların hər birinin cəmiyyətdə yeri olmasından məmundur.
Çinarənin isə həyata baxışı, təhsilə yanaşması, karyerası üçün atdığı addımlar tamam fərqlidir. O hər şeydən əvvəl vətəninin övladı olmağa çalışıb. Aldığı təhsillə ölkəsinə daha çox xeyir verməyi, məzunu olduğu Aqrar Universitetin adına şöhrət gətirməyə çalışıb. Demək olar qarşısına qoyduğu hədəfə də çatıb.
Almaniyanın Ştatlond şəhərində biolesker şirkətinin baş meneceri işləyən Çinarə Nəsibova 2008-2012 ci ildə ADAU da Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr, 2012-2015-ci ildə Aqrar sahə iqtisadiyyatı üzrə magistratura təhsili alıb. Həmin ildədə Sahə iqtisadiyyatı üzrə doktoranturaya qəbul olunub.Təhsilin bütün pillələrində uğur qazanan Çinarə 4 ildir Almaniyada işləyir.
Biolesker şirkəti Almaniyada bioloji təmiz məhsul yetişdirən bir təsərrüfat müəssisəsidir və bioməhsullar biokütlədən hazırlanan məhsullardır. Biokütlənin mənası isə bərpa olunan, əsas da mövcud olan istənilən növ üzvi materialdır. Buraya əkinlər və ağaclar, ağac və ağac tullantıları, su bitkiləri və otlar daxildir. Bu dayanıqlı yanaşma kənd təsərrüfatı mənşəyindən tutmuş yenilənmə qabiliyyətinə qədər bütün məhsulun həyat dövrünü nəzərə alır. Təbii ki, bütün bioməhsullar gen mühəndisliyi kimi qabaqcıl texnologiyaların istifadəsini əhatə etməməlidir.
Bu gün bioməhsullar olduqca vacibdir. Çünki onların istehsalında istifadə olunan biokütlə neft və neft-kimya məhsullarına ya tamamlayıcı, ya da alternativdir. Bioməhsullar həm də ciddi ekoloji problemlərə, o cümlədən meşələrin məhvinə, bitki və heyvan biomüxtəlifliyinin azalmasına və havanın çirklənməsinə səbəb olan odun tüstüsünə səbəb olan qalıq yanacaqlardan asılılığa alternativi təmin edir. Buna görə də, tez-tez istifadə olunan məhsulların istehsalında və məzmununda biotexnoloji innovasiya məhsulun performansına xələl gətirmədən davamlı bir yanaşma təklif edə bilər.
Göründüyü kimi bu sahənin elmi əsaslarla öyrənilməsi, onun daha geniş miqyasda tətbiqi çox vacibdir və Çinarə Nəsibova da bunu dərk edərək bütün incəlikləri mənimsəməyə çalışır.
Çinarə Nəsibova həm də ADAU-nun Almaniyada təcrübə keçən tələblərinin dayağı, istiqamət verəni, qayğıkeşidir. O, hər tələbəyə təcrübə dövründə xüsusi həssaslıqla yanaşır, onların tanınan kadr kimi yetişməsində bilik və bacarığını yorulmadan səfərbər edir. İstəyir ki, bu tələbələr Azərbaycana qayıdanda aqrar sahəyə yeniliklər gətirsin, bioloji təmiz məhsulların istixana şəraitində yetişdirilməsinin bütün incəliklərini Almaniya təcrübəsinə uyğun tətbiq edə bilsinlər.
Çinarə bacarıq və qabiliyyətinə, səmimiyyətinə, sadəliyinə, ən əsası çalışqanlığına görə şirkətdə sevilən işçilərdəndir. Bu gün ADAU-nun sayılıb seçilən məzuları arasında Çinarə Nəsibovanın da adı və yeri var. Təhsil müəssisəsinin professor-müəllim kollektivi Çinarə ilə qürur duyur və ona daha böyük uğurlara imza atmağı arzulayırlar.
Yolun hər zaman açıq olsun, Çinarə.
Qalib Rəhimli
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024