Mobil versiya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Tarix: 11-04-2022 | Saat: 17:07
Bölmə:Karusel / Ölkə | çapa göndər

Güclü külək əsəcək -

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

aia.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:

"Bakıda və Abşeron yarımadasında aprelin 12-si axşamdan 13-ü axşamadək şimal-qərb küləyinin 15-20 m/s, 13-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 12-si səhərdən 14-dək əsasən şimal və qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir, bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 20-25 m/s, 12-də ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024