Mobil versiya
İdman ölkəsinin gəncləri yeni zəfərlər qazanmağa hazırdırlar
Tarix: 10-04-2022 | Saat: 17:37
Bölmə:Ölkə | çapa göndər

İdman ölkəsinin gəncləri yeni zəfərlər qazanmağa hazırdırlar

1993-cü ilin oktyabrın 3-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmana münasibət köklü sürətdə dəyişdi. Ulu Öndər ölkədə Olimpiya Hərəkatının və idmanın inkişafına daim diqqət və qayğı göstərirdi. Ümummilli lider Heydər Əliyevin idmançılarla çoxsaylı görüşlərində Azərbaycan idmanının inkişafı məsələləri daim ön plana çəkilirdi.Ulu Öndərin idmana, idmançılara göstərdiyi diqqət,qayğı və məqsədyönlü siyasət bu gün də cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə iqtisadiyyatının intensiv inkişafı bütün sosial sahələri, o cümlədən idman və bədən tərbiyəsini əhatə edir. Məhz bu diqqətin və qayğının nəticəsidir ki, bu gün idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırır, beynəlxalq yarışlarda, turnirlərdə himnimizi səsləndirib, üçrəngli ay-ulduzlu bayrağımızı dalğalandırırlar.

Aprelin 8-də Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən bəyan edib ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir: “İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”. Görüşdə Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır: “Əminəm ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz”.

Cənab Prezident İlham Əliyev tərəfindən idman sahəsinə göstərilən diqqət, qayğı idmançılara göstərilən etimad və edilən təltiflərin hər biri idman ictimaiyyəti tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.Bu gün tam məsuliyyətlə demək olar ki, Azərbaycan dünyanın aparıcı idman ölkələrindən birinə çevrilib.

Anar Rzayev,
YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd
ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025