Mobil versiya
Hacı Tahir qardaşının döyülməsindən danışdı: “Gecə evinin işğını söndürüb...” - YENİLƏNİB + TƏFƏRRÜAT
Tarix: 09-04-2022 | Saat: 18:27
Bölmə:Media | çapa göndər

Hacı Tahir qardaşının döyülməsindən danışdı: “Gecə evinin işğını söndürüb...” - YENİLƏNİB + TƏFƏRRÜAT

Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahir Qarabaği (Abbasov) qardaşının döyülməsinin təfərrüatını açıqlayıb.

Qaynarinfo-ya açıqlama verən Hacı Tahir qardaşı Rəşid Abbasovun özünə məxsus həyət evində hücuma məruz qaldığını deyib.

“Xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır. Baş nahiyəsindən xəsarət alıb. Səhərə kimi yatmamışıq”, - deyə axund bildirib.

Hacı Tahir Rəşid Abbasovun döyülməsinin təfərrüatlarından danışıb:

“Gecə evinə gəlib. Darvazanı açıb, həyətinə daxil olub. Həmin vaxt cinayəti törədən şəxs (şəxslər) arxadan evin işığını söndürüb. Bu da qapıya çıxıb. Görüb ki, qonşunun işığı yanır, amma bunlarda yox. Qapıdan çıxan kimi hücuma məruz qalıb. Qardaşımın 65 yaşı var. Həyat yoldaşı mənzildə olub. Köməyinə qonşusu gəlib. Görüb ki, bir nəfər onun başına küt alətlə vurur. Qardaşım da qışqırır. Qonşu da həyətindən beli götürüb, hadisə yerinə gəlib. Gələndə hücum edən şəxs qaçıb”.

Hacı Tahir qardaşı Rəşid Abbasova hücumun oğurluq məqsədilə törədildiyini hesab edib:

“Mən bu cür hesab edirəm. Çünki, qardaşımın düşməni yoxdur. Sakit adamdır. Uzun illər kommunal sahədə, bələdiyyədə çalışıb”.

Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb. Məlumatda bildirilir ki, hadisə Gəncədə şəhərin Əziz Əliyev prospektində, Rəşid Abbasova məxsus mənzildə baş verib.

13:04

Gəncədə evə basqının bəzi təfərrüatı bəlli olub.

Qeyd edək ki, hadisə şəhərin Əziz Əliyev prospektində, Rəşid Abbasova məxsus mənzildə baş verib.

Basqın məqsədilə evə daxil olan şəxs və ya şəxslər ev sahibinin baş nahiyəsinə xəsarət yetiriblər. Səs-küy yarandığından naməlum şəxslər hadisə yerindən qaçıblar. Xəsarət alan R.Abbasov xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun xəbərinə görə, evinə basqın olunan şəxs Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahirin qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024