İdmançlarımız haqlı qələbələri ilə Azərbaycanı daim ləyaqətlə təmsil edir.
Tarix: 08-04-2022 | Saat: 19:08
Bölmə:Media | çapa göndər

Bu gün başda Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla hər bir Azərbaycan vətəndaşı öz ləyaqəti, əməyi və fədakarlığı ilə ölkəmizin qüdrətinin artmasına xidmət edir. Məhz buna görədir ki, Azərbaycan dünyada sürətlə inkişaf edən güclü, qüdrətli ölkə kimi tanınır. Azərbaycan nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müstəqil siyasət aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbələr qazanır.
Prezident İlham Əliyev tərəfindən yaradılmış münbit şəraitin nəticəsidir ki, bu gün ölkəmiz dünya idman arenasında əsil mənada söz sahibidir. Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında qazanılan qələbələr və əldə olunan nailiyyətlər Azərbaycanın qalib xalq olduğunu təcəssüm etdirir. İdmançılarımız yarışlarda müzəffər ölkənin və qalib xalqın nümayəndəsi olaraq çıxış edirlər.
Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir. Bu isə onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar, idmançılarımızın 16 medal qazanması bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmaqla, ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.
Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, gələcək yarışlarda da Azərbaycan mütləq birinci sıralarda olacaq. Bunun üçün nəinki güləş, eyni zamanda, bütün idman növlərində çıxış etmək üçün idmançılarımız daim çalışmalıdırlar.
Prezident İlham Əliyevin təbirincə desək, bəli “Qələbədən daha vacib ləyaqətdir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Növbəti Olimpiya Oyunlarında Azərbaycan daha çox uğurla çıxış etməsi üçün düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu gün də ləyaqətlə təmsil edirlər”
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər