Dövlət başçısı İlham Əliyevin ölkəyə son 4 ildəki rəhbərliyi önəmli tarixi hadisələrlə seçilib
Tarix: 07-04-2022 | Saat: 20:12
Bölmə:Media | çapa göndər
Xalqın mütləq əksəriyyətinin səsini qazanmış İlham Əliyev ötən müddətdə dövlətçiliyə xidməti ilə bir daha, sözün əsl mənasında, böyük etimada tam layiq olduğunu göstərib, dünyanın söz sahibi olan liderlərindən biri kimi tanınıb. Bizim – YAP üzvlərinin qəlbini tükənməz qürur hissi ilə dolduran başlıca amil isə budur ki, cənab İlham Əliyev məhz iqtidar partiyasının Sədridir və Prezident postuna keçirilən seçkilərdə ardıcıl olaraq 4-cü dəfə qələbə ilə çıxıb. Özü də bu qələbələr seriyasını Onun təkcə seçkilər zamanı deyil, sonrakı dövrdə də xalq və dövlət naminə fədakar fəaliyyəti daim müşayiət etmişdir.
İlk növbədə, əvvəlki üç seçkidən sonra və indiyədək məhz möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçib. Dövlətçiliyimizin əsasları ciddi şəkildə möhkəmlənib, ölkə iqtisadiyyatı güclü inkişaf edib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə yüksəlib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olub. Təkcə onu qeyd edək ki, İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildən növbədənkənar seçkilərin keçirildiyi 2018-ci ilədək ölkəmizdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Strateji valyuta ehtiyatlarının artımı 26,6 dəfəyə yüksəlib. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqları 12,9 dəfə çoxalıb. On beş il ərzində Azərbaycanda maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabət indeksində dünyadakı mövqeyini xeyli artıra bilib. Bu müsbət tendensiya indi də eyni vüsətlə davam edir.
Bu gün Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Ən başlıca amillər sırasında milli maraqların qorunmasına xidmət edən strateji fəaliyyət qeyd edilməlidir. Yeni əsrin əvvəllərindən bu günədək olan dövr, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin sürətli inkişaf dövrü kimi səciyyələnir. Orduda təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından nümunəvi şərait yaradılıb. 2016-cı ilin məlum Aprel döyüşləri isə bütün dünyaya ordumuzun gücünü, qələbə əzmini göstərib. Elə bu əsasda da 2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycanın düşmən üzərində möhtəşəm tarixi Qələbəsi ilə nəticələnib.
Mən ehtiyatda olan bir hərbiçi kimi, xalqımızın 2018-ci ildə növbəti dəfə seçkilərdə yanılmadığını bütün digər amillərlə bərabər, məhz 44 günlük müharibədə qazanılan qələbədə görürəm. Müzəffər Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, diplomatik qətiyyəti, onun gündəlik diqqəti sayəsində silahlı qüvvələrimizin dünyanın ən güclü orduları sırasına çıxması erməni faşizminin “Dəmir yumruq” əməliyyatı ilə məhv edilməsinə və zəfər yürüşünün böyük uğurla sona çatmasına səbəb olub. Məhz cənab İlham Əliyevin hakimiyyəti dövründə yüksək vətənpərvərlik ruhunda tərbiyə alıb böyüyən gənclərimiz öz qanları və canları bahasına Qarabağı və Şərqi Zəngəzuru düşmən tapdağından təmizləmişlər. İndi orada “Böyük qayıdış” naminə hərtərəfli, sürətli bərpa və quruculuq tədbirləri həyata keçirilir.
Sonda bir daha qeyd etmək yerinə düşər ki, 2018-ci ilin aprelində 4-cü dəfə Prezident seçilən dövlət başçısı İlham Əliyevin ölkəyə son 4 ildəki rəhbərliyi önəmli tarixi hadisələrlə seçilib. Bütün vətənsevər soydaşlarımla və əqidədaşlarımla bərabər, mən də fəxr edirəm ki, ömrümün ən yetkin və xoşbəxt illəri xalqın ölkəyə rəhbər seçməkdə zərrəcə yanılmadığı cənab İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edir.
Həbib HÜSEYNOV,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)
Qərb zonası üzrə səlahiyyətli nümayəndəsi, fəal YAP üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025