Mobil versiya
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib - FOTOLAR
Tarix: 07-04-2022 | Saat: 15:16
Bölmə:Ölkə | çapa göndər

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

07 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni “Qazax Gənclər evi” ərazi partiya təşkilatı təsis edilib.

aia.az xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Təsis yığıncağını giriş sözü ilə açan “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov müəssisə barədə məlumat verib. Bildirib ki, burada çalışan işçilər arasında Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunan şəxslər vardır. Onlar müəssisədə yeni ərazi partiya təşkilatının təsis edilməsi barədə müraciət ediblər. Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı sədri bununla bağlı müvafiq qərar qəbul etmişdir.

Sonra yığıncaqda təşkilati məsələyə baxılıb. “Qazax Gənclər evi” yeni ərazi partiya təşkilatına Vüsal Hüseynov sədr, Eynur Məmmərzəyev sədr müavini seçiliblər.

Yığıncaqda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək yeni seçilən sədri və müavini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası barədə ətraflı danışıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024