Mehman Ballayev : Tarixi Qələbələrin və çoxsaylı uğurların müəllifi
Tarix: 06-04-2022 | Saat: 16:41
Bölmə:Media | çapa göndər
Dünyada o xalq, o cəmiyyət xoşbəxtdir ki, onun idarəçiliyi dincliyə, əmin – amanlığa söykənir. O xalq xoşbəxtdir ki, onun dincliyi, əmin – amanlığı, rifahı, tərəqqisi, bir sözlə bütün taleyi onu idarə edən şəxsiyyətlərin, müdriklərin, dərin zəka sahiblərinin çiynindədir. Xalq hər zaman bu ağır yükü daşımağa qadir olan tarixi şəxsiyyətlərini, Liderlərini dəstəkləyir, onların arxasınca gedir, onlara inanır və arxalanır. Biz fəxr edirik ki, dünyanın nüfuzlu şəxsiyyətləri və Liderləri sırasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi yeri vardır.
2018-ci ilin aprel ayının 11-də respublikamızda keçirilən növbədənkənar Prezident seçkiləri Azərbaycan Respublikası prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmmişdir. Partiyamızın namizədi cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqımız həmişə olduğu kimi bu dəfə də doğru, düzgün seçim etdi.
Cənab İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, iqtisadi strukturun intensiv formalaşması ili oldu. Həm 2008, həm də 2013-cü illərdə Azərbaycanda keçirilən prezident seçkilərinə xalqın, milli elitanın və beynəlxalq müşahidəçilərin verdiyi yüksək qiymət deyilənləri bir daha sübut edir. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasına daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Prezident İlham Əliyev demişdir: "Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictmai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr düşür. Biz buna birlikdə nail olmalıyıq".
Ulu Öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən "sabitlikdən inkişafa doğru" ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən Ulu Öndərin bu müdrik sözləri yada düşür: "Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır". Hər bir Azərbaycan vətəndaşının bu ideyaya inamı sonsuzdur.
Dövlət başçısının fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır. Prezidentin müasir dünyaya yaxından bələd olması, vaxtında atılan cəsarətli addımları, dünyada siyasi proseslərin dərindən təhliletmə qabliyyəti qələbəmizi şərtləndirən əsas amillərdəndir. Müharibə zamanı bütün dünya Prezident İham Əliyevi təkcə Ali Baş Komandan kimi atdığı qətiyyətli addımarla deyil, eləcə də informasiya cəbhəsindəki uğurlu mübarizəsi ilə tanıdı. Prezident İlham Əliyevin xarici media nümayəndələri ilə 30 dan çox müsahibəsi bunun əyani subutudur.
Bu gün Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı təmin edilib. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlıq fəaliyyəti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı genişlənib. Neft və qeyri-neft sektoru günü-gündən inkişaf edir, ölkəyə xarici və yeri investisorların marağı artıb. İnamla demək olar ki, uzun illər Prezidentin həyata keçirdiyi bütün siyasi manevrlər öz bəhrəsini verdi. İndi Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının hesabatlarında müxtəlif aspektlərdən ön cərgədə dayanır. Azərbaycan dünyanın ən çox islahatlar aparan ölkələrinin ilk onluğuna daxildir.
Cənab Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın hərtərəfli yüksəlişi, dünyaya inteqrasiyası və güclü siyasəti şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün hazırladığı mükəmməl təməli İlham Əliyevin şəxsində öz layiqli davamçısını tapıb. XXI əsrin qalib sərkərdəsi Qarabağ zəfəri ilə bütün dünyaya Türkün gücünü sübut etdi. Bu yalnız güclü siyasi iradə və xalqına arxalanan dövlət başçısının əldə edə biləcəyi zəfər idi. Ona görə də böyük fəxarət və qürurla deyə bilirik - Azərbaycanın Müzəffər Ali Baş Komandanı, qalib Ordusu və sarsılmaz birliyi var. Bu amillər bölgədə danılmaz yeniliklər və reallıqları şərtləndirir.
Hazırda müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sürətli inkişafdadır. Həyatın bütün sahələrində tərəqqinin, inkişafın şahidiyik. Xalqımız əmindir ki, ölkəmiz müdrik Liderimizlə yeni – yeni Qələbələrə və uğurlara imza atacaq və Azərbaycan çiçəklənən diyara, daha qüdrətli dövlətə çevriləcəkdir.
Mehman Ballayev
YAP Qazax rayon təşkilatının əməkdaşı
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025