Mobil versiya
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə zona mərhələsinin II müsabiqə turu keçirildi - FOTOLAR
Tarix: 06-04-2022 | Saat: 11:42
Bölmə:Təhsil | çapa göndər

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə zona mərhələsinin II müsabiqə turu keçirildi

5 aprel 2022–ci il tarixində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Azərbaycan Respublikasının regionda fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99–cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi keçirildi.

aia.az xəbər verir ki, keçirilən Zona tədbirində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollec, Lənkəran Dövlət Peşə Mərkəzi, Masallı Dövlət Regional Kolleci, Masallı Peşə məktəbi, Astara Pedaqoji Kolleci, Lerik Peşə məktəbi iştirak edirdi.

Müsabiqədə seçilmiş iştirakçılar arasından I və II yerin qalibləri olan tələbələr III mərhələyə adlarını yazmışlar. Kollec tələbələrindən Quliyeva Röya, Ağazadə Fərid, Dadaşzadə Fidan, Niftullazadə Güldəstə, Məmmədov Saday, Abdullazadə Mirzadə, Hüseynova Fatimə və Əsgərov Vüsal, Peşə liseyləri üzrə İsmayılova Səbinə və Xəlilova Şəlalə növbəti mərhələyə vəsiqə qazananlar oldu. Respublika mərhələsinə müsabiqənin zona mərhələsində hər nominasiya üzrə I və II yerləri tutan iştirakçılar qatılır. Respublika mərhələsi 27 aprel 2022–ci il tarixində 1100–da şeir və rəqs nominasiyası üzrə, 29 aprel 2022–ci il tarixində saat 1100–da mahnı nominasiyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecində keçiriləcəkdir. Kollecdə keçirilən tədbirdə Təhsil Nazirliyinin Gənclərin Bədii Yaradıcılıq evinin bədii yaradıcılıq şöbəsinin müdiri Quliyeva Sevda, metodist Kərimova Hicran, dərnək rəhbəri Qənbərov Ceyhun, Kollecin və Peşə liseylərinin məsul şəxsləri iştirak edirdilər.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024