Mobil versiya
Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident
Tarix: 06-04-2022 | Saat: 09:07
Bölmə:Ölkə | çapa göndər

Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident

Öz əməlləri ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Məlum olduğu kimi, 2003-cü il oktyabrın 15-də İlham Əliyev xalqımızın etimadını qazanaraq, Azərbaycan Prezidenti seçilib və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlanıb. Cənab Prezident Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin fəaliyyətinə başlayarkən söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.

Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Xalq səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur.

Böyük fəxr hissi ilə deyə bilərik ki, cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövrü ərzində müxtəlif istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. Minlərlə yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər. İlham Əliyev iqtisadiyyatın inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini, enerji sektorunda asılılığın azaldılmasnı, təhsilin inkişafını və güclü sosial siyasət aparılmasını ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi.
Prezident İlham Əliyevin bütövlükdə 18 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində bu sahədə də böyük uğurlar əldə edilib. Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənib. Bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanması olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.

Reallıq budur ki, Prezident cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün dünyanın ən sayılıb-seçilən, qüdrətli dövlətlərindən biridir. Azərbaycan dövlət kimi mövcudluğundan bəri heç vaxt bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb. Azərbaycan Prezidenti Qarabağı azad etməklə xalqına əbədi başucalığı bəxş edibdir. Bütün bunlara görə xalqımız öz sevimli liderinə sonsuz inam və rəğbət bəsləyir və bu səmimi sevgi heç vaxt azalmayacaq.

Abbas Məmmədov,
Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025