Abşeron rayonunda Beynəlxalq Uşaq Kitabı Günü qeyd edilib - FOTOLAR
Tarix: 04-04-2022 | Saat: 14:08
Bölmə:Təhsil | çapa göndər
AİA.Az xəbər verir ki, Xırdalan şəhərində "2 aprel-Beynəlxalq Uşaq Kitabı günü" qeyd edilib. Abşeron rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova, RİH yanında İctimai Şuranın sədri Elçin Quliyev, Abşeron Mədəniyyət Mərkəzinin direktoru Kamran Musayev, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov, Mərkəzi Kitabxananın direktoru Məlahət Abdullayeva və Xırdalan şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin kollektivi və bağçaların fidanları iştirak edib. İştirakçılar əvvəlcə Uşaq İncəsənət Məktəblərinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə və uşaq kitablarından ibarət kitab sərgisinə baxış keçiriblər.
Kitabxananın “Nağıl otağı”nda isə balaca fidanların ifasında bir-birindən maraqlı nağıl və şeirlər səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov gələcəyimizin təminatçısı olan uşaqların vücudunu bəsləyəcək qidaları seçdiyimiz kimi, onların ağlını, ruhunu, qəlbini bacarıq və qabiliyyətini tərbiyə edəcək kitabların da seçilməsinin zəruriliyindən danışıb.
Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək Heydər Əliyev fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu siyasəti nəticəsində uşaqların rifahının dahada yaxşılaşdırılmasının prioritet olaraq qarşıya qoyulduğunu qeyd edib. Əlavə olunub ki, kitablar müxtəlif yaş dövrlərini əhatə edən uşaqların zehni, əqli inkişafına təsir edən əsas amil olaraq qiymətləndirilir. Kitabxana işi, kitab və nəşriyyatlarla bağlı qəbul olunan dövlət proqramları, ölkə başçısının imzaladığı müvafiq sərəncamlar bu sahənin inkişafı üçün zəmin yaradıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024