Mobil versiya
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli istismar idarələri ilə “Vətəndaşların müraciətləri” üzrə təlim keçirilib - FOTOLAR
Tarix: 31-03-2022 | Saat: 15:04
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli istismar idarələri ilə “Vətəndaşların müraciətləri” üzrə təlim keçirilib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov aia.az-a bildirib ki, 31 mart 2022-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli istismar idarələri ilə “Vətəndaşların müraciətləri” üzrə təlim keçirilib.

Təlimi Hüquq və İnsan Resursları Məsələləri şöbəsinin müdiri Ülviyyə Məmmədova apardı. Təlimdə Vətəndaşların müraciətlərinə dair qanunvericiliyi təşkil edən normativ hüquqi aktlardan ən mühüm olanı “Vətəndaş müraciəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri iştirakçılara izah edilməklə yanaşı, bu tələblərə əməl edilməsinin vacibliyi vurğulandı. Tədbir maraqla qarşılandı və işçilərin bu Qanunun icrası ilə əlaqədar sualları cavablandırıldı.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025