Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir
Tarix: 28-03-2022 | Saat: 13:23
Bölmə:Siyasət | çapa göndər

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Eyni zamanda Ermənistan diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı və beləliklə, 10 noyabr 2020-ci il tarixində üçtərəfli Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin imzası ilə təsdiq olunmuş bəyanat imzalandı. Bəyanata əsasən, ərazilərimizin bir hissəsində, tarixi torpaqlarımızda Rusiya sülhməramlı kontingenti yerləşdirildi.
Fərrux dağı Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Hətta mən deyərdim Xocalıdan da vacib bir yerdir. Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir. Belə ki, Qarabağda, Ağdam-Əsgəran istiqamətində yerləşən Fərrux dağı silsilə yüksəkliklərdən ibarətdir. Bu dağ silsilələri düz Ballı Qayaya, oradansa Vəngə qədər gedib çıxır. Xaçın çayının yatağı o dağın ətəyi ilə gəlir. Fərrux kəndi isə Fərrux dağının dibində, Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində yerləşir. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralıdadır, təxminən 50 evdən ibarət bir kənddir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Fərrux kəndi və Fərrux yüksəkliyi 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Ermənilər “F” hərfini “P” kimi tələffüz etdikləri üçün kəndin adını Parux kimi tələffüz edirdilər. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum ediblər.
2022-ci il martın 24-də Azərbaycan ordusunun bölmələri kəndə daxil olublar. 27 mart tarixində verilən rəsmi məlumata görə Fərrux kəndi və eyni adlı yüksəklik 26 mart tarixində Azərbaycan ordusunun tam nəzarəti altına keçib. Eyni zamanda kəndin erməni əhalisi həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini tərk edib.
Fərrux kəndi və eyni adlı yüksəkliyə nəzarətin ələ keçirilməsi nəticəsində Azərbaycan hərbçiləri Əsgəran, Xanabad, Xocalıya, eləcə də Xankəndi, Ağdərə yoluna da nəzarət etmək mümkün olacaq. Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir və bundan sonra da bütün o torpaqlar Azərbaycanın nəzarəti altında olacaq. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin “Nəyi, nə vaxt, necə edəcəyi” sözləri indi öz yerini təsdiqləmiş olub. Uğurlu diplomatik-siyasi yollarla artıq Fərrux kəndi də Azərbaycanın tam nəzarəti altına keçmiş oldu.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-05-2025