Mobil versiya
400-dən çox stomatoloq TƏBİB-in qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır
Tarix: 19-05-2025 | Saat: 17:41
Bölmə:Manşet / Ölkə | çapa göndər

400-dən çox stomatoloq TƏBİB-in qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara qəribə tələb qoyulub. Belə ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur. Bu qeyri-rəsmi tələb stomatoloqların ciddi narazılığına səbəb olub.

Azərbaycanda fəaliyyət göstərən stomatoloqların qrupundan “Unikal”a bildirilib ki, may ayının 22-də 400-dən çox stomatoloqun TƏBİB-in binasının qarşısında etiraz aksiyası keçirməsi nəzərdə tutulub:

“Etiraz aksiyasına səbəb paytaxtda çalışan stomatoloqlardan aylıq 1 800 manat, regionlarda fəaliyyət göstərən həmkarlarımızdan isə 1 200 manat pul vəsaitinin tələb edilməsidir. Qeyd edilib ki, ödənişlər xəstələrdən alınan pullar hesabına yığılmalıdır. Vurğulayaq ki, bu pul vəsaitləri qeyri-rəsmi formada tələb olunur. Reallığa baxsaq, biz xəstələrdən o qədər ödəniş ala bilmirik. Bizim rəsmi maaşımız cəmi 500 manatdır.

İş prosesində bizə lazım olan tibbi vasitələri öz pulumuzla alırıq. TƏBİB bizə cəmi bir neçə tibbi vasitə təqdim edir, onlar da demək olar ki, istifadə olunmur.

Şəhər və rayon tibb mərkəzlərindən bizə bildirilib ki, bu ödənişləri həyata keçirməyən stomatoloqlar işdən azad olunacaqlar.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edəcəyik”, - deyə bildirilib.

Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025