Mobil versiya
Deputat: Azərbaycan və Pakistan arasında iqtisadi münasibətlər inkişaf edəcək
Tarix: 19-05-2025 | Saat: 19:42
Bölmə:Siyasət | çapa göndər

Deputat: Azərbaycan və Pakistan arasında iqtisadi münasibətlər inkişaf edəcək

Azərbaycan və Pakistan arasında iqtisadi münasibətlər inkişaf edəcək.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycanla Pakistan arasında siyasi əlaqələr çox yüksək səviyyədə inkişaf edir, amma iqtisadi sahədə bunu demək mümkün deyildi: “Hər iki dövlətin rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində imzalanmış sənədlər və bu sənədlərin hüquqi qüvvəyə minməsi iki ölkə arasında münasibətlərin inkişafına yeni nəfəs verəcək. Azərbaycan zəlzələ, sel və daşqınlar kimi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün hər zaman Pakistanın yanında olub. Pakistan yeganə ölkədir ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanın müstəqilliyini bu gün də tanımır. Ölkə başçılarımızın qarşılıqlı səfərləri zamanı Pakistanla əlaqələrin inkişafı ilə bağlı 50-dən çox sənəd imzalanıb. Ticarət dövriyyəmiz münasibətlərimizin ruhuna uyğun deyil. İki ölkə arasında razılaşdırılmış sənədlərin hüquqi qüvvəyə minməsi ölkələrimiz arasında iqtisadi münasibətlərin də inkişafına töhfə verəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025