Mobil versiya
Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib
Tarix: 26-03-2022 | Saat: 14:55
Bölmə:Media | çapa göndər

Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib

Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib.

“AİA.Az” xəbər verir ki, əslən Neftçala rayonunsan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlar müraciət ediblər.

Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib. Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: "Hüseyn özü də bizlə (Valideynləri ilə - Red.) danışıb, yaxşı olduğunu bildirdi".

Qeyd edək ki, H. Abdullayev Mariupol Universitetinin 3-cü kurs tələbəsidir. Sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə rus hərbçiləri tərəfindən girov götürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024