Mobil versiya
Son iki gündə yol qəzalarında 6 nəfər ölüb
Tarix: 23-03-2022 | Saat: 11:31
Bölmə:Ölkə | çapa göndər

Son iki gündə yol qəzalarında 6 nəfər ölüb

Azərbaycanda son iki gündə yol qəzalarında 6 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən martın 21-də və 22-də törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, iki gün ərzində ölkənin avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024