Mobil versiya
YAP Göygöl rayon təşkilatının qərargahında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun iştirakı ilə Veteranlar, Vətən Müharibəsi iştirakçıları və Qazilərlə görüş keçirilmişdir. - FOTOLAR
Tarix: 18-03-2022 | Saat: 18:23
Bölmə:Ölkə | çapa göndər

YAP Göygöl rayon təşkilatının qərargahında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun iştirakı ilə Veteranlar, Vətən Müharibəsi iştirakçıları və Qazilərlə görüş keçirilmişdir.

AIA.Az xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub. Sonra Giriş nitqi ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yığıncağı açmazdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Göygöl rayonundan seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət etmişdir. Digər natiqlərin çıxışlarında 44 günlük müharibədə qələbənin əldə olunmasında Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla qəhrəman hərbçilərimizin göstərdiyi şücaətlərdən danışılmış, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər aktuallığı ilə səslənmişdir.

Tədbir zamanı Vətən Müharibəsi iştirakçıları və Qazilərdən bir qrupu Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolunun yüksək olduğunu bildirmiş və Partiyaya üzvlüyə qəbul olmaq üçün müraciətlər etmişlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə