Mobil versiya
Azərbaycana elektromobil idxalı kəskin artıb
Tarix: 18-03-2022 | Saat: 17:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycana elektromobil idxalı kəskin artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 125 433,4 min ABŞ dolları dəyərində 11 145 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 25,3% və 18,1% çoxdur.

AİA.Az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında ölkəyə 95 133,71 min dollar dəyərində 10 340 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici 2021-ci ilin eyni göstəricisindən dəyər baxımından 15,2%, say baxımından isə 20% çoxdur.

Bundan başqa, bu ilin yanvar-fevral aylarında ölkəyə 14 352,93 min dollar dəyərində 668 vahid (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 30,4% çox, say baxımından isə 97 vahid az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 87 vahid (49 vahid çox) 10 283,36 min dollar dəyərində (artım 2,4 dəfədən çox) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 50 vahid (35 vahid çox) 5 663,40 min dollar dəyərində (2,4 dəfədən çox) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkəyə dəyəri 16 466,98 min dollar (2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 3,1 dəfədən çox) təşkil edən 2032 vahid (95% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 1 252,43 min dollar (2,6 dəfədən çox) dəyərində 57 vahid (47 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024