Mobil versiya
Qazaxda iki kənddə bıçaqlanma olub
Tarix: 18-03-2022 | Saat: 15:52
Bölmə:Ölkə | çapa göndər

Qazaxda iki kənddə bıçaqlanma olub

Qazax rayonunda iki bıçaqlanma hadisəsi baş verib.

AİA.Az xəbər verir ki, hadisənin biri rayonun Qazaxbəyli kəndində qeydə alınıb.

2002-ci il təvəllüdlü Cavid İsayev münaqişə zəminində tanışı, 1999-cu il təvəllüdlü Səhladar Adıgözəlovu bıçaqlayıb.

Digər hadisə isə Hüseynbəyli kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Ramiz Rəhimov həmkəndlisi 2002-ci il təvəllüdlü Sənan Hüseynova bıçaqla xəsarət yetirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024