Novruz bayramı xalqımızın milli dəyərlərindəndir
Tarix: 18-03-2022 | Saat: 10:58
Bölmə:Ölkə | çapa göndər
Azərbaycan xalqının ən sevimli bayramı olan Novruz bayramı hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Novruz əsrlərin dərinliyindən gələn, şən və sevimli, xalqımlzın bütün dəyərlərini özündə birləşdirən bayramdır. Novruz təzə il deməkdir, baharın müjdəçisidir. Əziz bayramımızın gəlişi evlərə, ailələrə xoş ovqat, sevinc və şadlıq gətirir. Bütün evlərdə qabaqcadan hazırlıq görülür. Səmənilər qoyulur, müxtəlif şirniyyatlar bişirilir.
Novruz təmizlik, halallıq bayramıdır. Novruz ərəfəsində su, od, yel və torpaq çərşənbələrini keçirmək milli adət-ənənələrimizin davamı olmaqla yanaşı həm də əsrlərdən bəri davam edən atributlarımızın gələcək nəsillərə ötürülməsidir. Novruzun gəlişi üzlərə təbəssüm gətirir, daha çox uşaqlar şənlənir, bayram təbrikləri bir-birinə qarışır. Baharın gəlişi, ağacların tumurcuqlaması, bənövşənin, novruzgülünün çiçəkləməsi, bütün bunlar o qədər xoş ovqat yaradır ki,..
Alimlərin araşdırmasına görə Novruz bayramının tarixi 3700, bəlkə də 5000 il bundan əvvələ təsadüf edir. Ulu əcdadlarımız sevimli bayramı hər il keçirməsinə baxmayaraq sovet hakimiyyəti dövründə bu yasaq olunmuşdu. Bütün qadağalara baxmayaraq xalqımız öz adətinə sadiq qalıb, bayram qeyri rəsmi olaraq keçirilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əziz bayramımız dövlət səviyyəsində qeyd olunmağa başlayıb. Dövlətimizin başçısı İlham Əliyev də milli dəyərlərimizə böyük ehtiram göstərən bir lider kimi hər il Novruz bayramı münasibətilə keçirilən tədbirlərdə iştirak edir, bayram sevincini ictimaiyyət nümayəndələri ilə birgə qeyd edir.
Fərəhlə qeyd etmək lazımdır ki, 2009-cu il sentyabr ayının 30- da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i tarixi "Beynəlxalq Novruz Günü " elan edilmişdir.
Artıq ikinci ildir ki, xalqımız Novruz bayramını Zəfərlə, qalib kimi qeyd edir. Bildiyimiz kimi, torpaqlarımızın 20 faizini işğal edən erməni separatçıları vəhşiliklərini davam etdirirdilər. Hələ 1994-cü ildə atəşkəs əldə olunsa da düşmən illər boyu dinc durmur, sərhəd bölgələrimizi atəşə tutur, günahsız insanları qətlə yetirirdi. 2020- ci il sentyabr ayının 27- də düşmənin növbəti hücumunu adekvat cavablandıran Milli Ordumuz öz gücünü göstərdi. Həmin gün başlanan Vətən müharibəsində düşmənə layiqli cavablar verildi. Azərbaycanın müzəffər Ordusunun cəsur, qəhrəman əsgər və zabitlərinin canı, qanı ilə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, qətiyyəti, siyasi səriştəsi ilə 44 gün davam edən Vətən müharibəsi 2020- ci il noyabr ayının 9-da Azərbaycanın qələbəsi ilə başa çatdı. İşğal altında qalan torpaqlarımız azad olundu. Düşmən kapitulyasiyaya uğradığını, məğlubiyyətini qəbul etdi. Tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı dünya dövlətlərinə, o cümlədən ermənipərəst dövlətlərə sübut etdi ki; yurd, vətən sevgisinin qarşısında heç bir sədd dura bilməz. Xalqımızın vətənpərvərliyi, milli birliyimiz, prezidentimizə olan sədaqət dövlətimizi qalib etdi.
Azad olunan torpaqlarımızda başlanan əsaslı tikinti, abadlıq işləri sürətlənir. Prezidentimizin dediyi kimi, tezliklə bu yerlərdə həyat bərpa olunacaq, yurd yerlərindən məcburi köçkün düşən soydaşlarımız öz ata yurdlarına qayıdacaqlar.
Bu əziz gündə xalqımıza bayram təbriklərimi çatdırmaqla böyük sevinclə bildirirəm ki, Azərbaycan yeni-yeni uğurlara nail olacaq. Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatınln üzvləri də dövlətimizin dünya dövlətləri sırasında böyük nüfuz qazanmasını sevinclə bəyan edir. Qoy bu Novruz xalqımıza xöşbəxtlik , sevinc gətirsin. Bayramımlz mübarək.
Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatınln sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025