Mobil versiya
Qəbələdə torpaq kanallar lildən təmizlənir, sel sularına qarşı mübarizə tədbirləri gücləndirilir.
Tarix: 18-03-2022 | Saat: 10:28
Bölmə:Media | çapa göndər

Qəbələdə torpaq kanallar lildən təmizlənir, sel sularına qarşı mübarizə tədbirləri gücləndirilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun və kəndlərin, yaşayış məntəqələrinin, eyni zamanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin sel sularından mühafizəsini təşkil etmək üçün 2022-ci ilin planlaşdırılmasına uyğun olaraq bu məqsədlə 1320 kubmetr daş-beton bəndin, 100 kubmetr qabion bəndin, 50 kubmetrə yaxın şax bəndin vurulması və çay məcralarının təmizlənməsi işləri nəzərdə tutulub. Bu ilin yanvar ayından idarənin texnikaları vasitəsi ilə başlanan məcra təmizləmə işləri bu gün də davam etdirilir. Ümumi olaraq Qəbələ rayonunda 15 km-dən artıq daş-beton bənd vurulub. Bu il də dağ çaylarında daş-beton bəndin vurulması üçün hazırlıq işlərinə başlanılıb.
Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə 15924 ha suvarılan sahəni su ilə təmin etmək məqsədi ilə kanal və arxlarda lildən və kol - kosdan təmizləmə işləri planlaşdırılıb. Yanvar - Fevral ayları ərzində idarənin texnikaları vasitəsi ilə 28 km-dən artıq məsafədə kanal və arxlar lildən təmizlənərək istismara hazır vəziyyətə gətirilib. Hazırda da işlər sürətlə davam etdirilir. 2021-ci ildə 1800 metr təsərrüfatlararası kanallarda beton üzlük çəkilib ki, bütün bu tədbirlər sudan səmərəli və itgisiz istifadəyə səbəb olub. Belə olduğu halda rayonda fəaliyyət göstərən fermerlərin suvarma suyu ilə təminatı ildən-ilə yaxşılaşır.
Qeyd edək ki, Qəbələ Suvarma Sistemləri İdarəsinin balansında 972 km kanal və arxlar mövcuddur. Rayon ərazisində yerləşən əkin sahələrinin suvarılması üçün 12 suvarma mənbəyindən su götürülür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024