Mobil versiya
Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü Şuşada qeyd ediləcək
Tarix: 18-03-2022 | Saat: 10:01
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü Şuşada qeyd ediləcək

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək.

aia.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşaya səfər etmək üçün Xankəndi adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”, - H.Hacıyev yazıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024