Mobil versiya
Apteklərdə dərman qıtlığı yaşanır: bəzi dərmanlar niyə tapılmır?
Tarix: 17-03-2022 | Saat: 17:59
Bölmə:Ölkə | çapa göndər

Apteklərdə dərman qıtlığı yaşanır: bəzi dərmanlar niyə tapılmır?

Apteklərdə bir sıra dərmanlar tapılmır.

Son bir neçə gündür havaların soyumasını da nəzərə alsaq, əczaxanalara üz tutanların sayı artıb. Ancaq heç də apteklərdə istədiyimiz bütün dərmanları tapa bilmirik.

AİA.Az Xəzər TV-yə istinadənn xəbər verir ki, aptek müdiri Taleh Kərimlinin sözlərinə görə, ən çox dərman qıtlığı ilkin tibbi yardım üçün lazım olan preparatlarda yaşanır. Bəzi dərmanlar isə umumiyyətlə yoxdur. Məcburiyyətdən alıcılara alternativ vasitələr təklif olunur.

Əczaçı Türkan Məmmədova isə deyir ki, Rusiyadan gətirilən dərmanlarda məhdudiyyətlər yarandığı üçün depolarda bu preparatlar azalıb.

Tibb eksperti Rasif Bağırovun fikrincə,apteklərdə yaranan dərman qıtlığına əsas səbəblərdən biri məhz Rusiya ilə Ukrayna arasında gedən müharibədir.

Ekspert bildirir ki, tərkibi eyni olsa belə, alıcılara alternativ preparatlar satmaq düzgün deyil. Çünki, bəzi insanlarda dərmanlara qarşı asılılıq yaranır ki, həmin preparatlar digərləri ilə əvəz edilməməlidir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024