Mobil versiya
Azərbaycan Avropa qitəsinə elektrik enerjisi ixrac edəcək
Tarix: 17-03-2022 | Saat: 09:21
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Avropa qitəsinə elektrik enerjisi ixrac edəcək

Dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin elektrik enerji sisteminə önəm vermiş və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi yanaşmışdır. Ulu öndərin bu sahəyə xüsusi diqqəti sayəsində enerjinin real imkanları 30 il ərzində iki dəfə artmışdır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev digər sahələrdə olduğu kimi enerji sahəsində də Ulu Öndərin başladığı işi uğurla davam etdirir. Odur ki, ölkəmiz artıq elektrik enerjisi idxalından tamamilə azad olunub. Respublikamızda enerji təhlükəsizliyi təmin edilmiş və eyni zamanda bir sıra qonşu ölkələrə də elektrik enerjisi ixrac edilməyə başlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində enerji sahəsində nəzərəçarpacaq dərəcədə irəliləyiş var. Ölkəmizdə ardıcıl olaraq yeni Su Elektrik stansiyaları, eyni zamanda Günəş və Külək elektrik stansiyaları tikilib istifadəyə verilir.

15 mart 2022-ci il tarixdə isə daha bir əlamətdar hadisə baş verdi. Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çox önəmli hadisədir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.
Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Mazdar” şirkətidir. “Mazdar” şirkəti bir çox ölkələrdə uzun illərdir ki, uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir”.

Azərbaycanda əsas prioritet məsələlərdən biri də xarici sərmayələrin Azərbaycanda qeyri neft sektoruna qoyulmasıdır.
Çox sevindirici haldır ki, Azərbaycan neft, təbii qaz və neft məhsulları ilə yanaşı, eyni zamanda artıq elektrik enerjisi də ixrac edən bir ölkədir.
Azərbaycan bir sira tanınmış ölkələrlə və şirkətlərlə əməkdaşlıq edir. Bu ölkələr respublikamıza yüksək səviyyədə sərmayə qoyurlar, birgə əməkdaşlıq edirlər, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan şirkətləri ilə birgə genişmiqyaslı işlər görürlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. ”Mazdar” şirkəti dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox böyük imkanlar var. Bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir.
Hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, 385 meqavat generasiya gücü isə artıq yaradılıbdır”.
2022-ci ilin əvvəllərindən başlayaraq energetika sahəsində önəmli işlər görülüb. Məhz ilin əvvəlində, yanvar ayında Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq edən Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Pover” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. “Azərenerji” tərəfindən isə fevral ayında inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının artıq açılışı oldu.
Bu gün dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla sıx əməkdaşlıq edir. Azərbaycan elektrik enerjisini ekoloji cəhətdən olduqca təmiz mənbələrdən istehsal edir. Bu enerji günəşdən, sudan, küləkdən alınır. Bir sıra qonşu ölkələrin və Avropa qitəsinin elektrik enerjisinə böyük ehtiyacı var. Azərbaycan bu ölkələrə elektrik enerjisi idxal edəcək və bu ölkələr Azərbaycanla birgə əməkdaşlıq etməyə maraqlıdırlar.
Çox sevindirici haldır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı iş gedir. Bu ərazilər enerji mənbəyi kimi böyük potensiala malikdir. Bu yerlərdə BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Bir çox nəhəng şirkətlər də Azərbaycanda bu sahəyə böyük maraq göstərirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Keçən il 4 Su Elektrik Stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 Su Elektrik Stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların təkcə Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır.

Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xəttlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıb.
Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır”.

Şəhla Ağbulud



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024