Mobil versiya
Qələbəmizin ikinci baharının qədəmləri uğurlu, torpaqlarımız bərəkətli, olsun!
Tarix: 16-03-2022 | Saat: 16:29
Bölmə:Ölkə | çapa göndər

Qələbəmizin ikinci baharının qədəmləri uğurlu, torpaqlarımız bərəkətli, olsun!

Ulu əcdadlarımızdan bizə miras qalmış Novruz bayramı Azərbaycanın özü qədər qədim tarixə malikdir. Müxtəlif zamanlarda qadağalara, təqiblərə məruz qalsa da, bu əziz bayramımız öz gözəlliyini, milliliyini qoruyub saxlamışdır. Əsrlərin çətin sınaqlarından mərdliklə çıxan xalqımız mənəviyyatın təntənəsinə xidmət edən milli dəyərləri daim uca tutmuşdur. Zaman – zaman şər qüvvələr xalqımızı tarixi keçmişindən, adət - ənənələrindən, milli – mənəvi dəyərlərindən uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməmişdir.

Azərbaycanın davamlı inkişafını, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasını təmin etmək amalı ilə yaşayan Ulu Öndər Heydər Əliyev milli dəyərlərimizi həmişə diqqət mərkəzində saxlamışdır. Ümummilli lider Heydər Əliyev bu bayramı milli ideologiyalarımızın ana sütunu kimi əbədiləşdirmiş, Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun birliyini, böyüklüyünü nümayiş etdirən əziz, milli bir bayram kimi səciyyələndirmişdir.

1991-ci ildə müstəqillik qazanan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr Novruzun əsl xalq bayramı kimi qeyd edilməsinə imkan vermədi. Böyük Xilaskar Heydər Əliyevin xalqın təkidi və tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi faciələr aradan qaldırıldı. Vətəndaş qarşıdurmasının qarşısı alındı, anarxiyaya, özbaşnalığa son qoyuldu. İctimai – siyasi sabitlik təmin olundu. Maddi – rifah halı ildən – ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval – ruhiyyədə qeyd etməyə başladı. Dövlət səviyyəsində qeyd edilməklə yanaşı, Novruz bayramı həm də dünya azərbaycanlılarının milli bayramına çevrildi.

Bütün məsələlərdə Ulu Öndər Heydər Əliyevin müdrik ideyalarına sadiq qalan möhtərəm prezidentimiz cənab İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı uzaqgörən siyasəti bu baxımdan mühüm əhəmiyyət daşıyır. Novruz bayramını milli irs hesab edən Prezidentimiz demişdir : “Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüzillərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi – mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir.”

Azərbaycan xalqının və dövlətinin müasir dövrdəki tarixi nailiyyətləri İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır. 44 günlük Vətən müharibəsində Şanlı Qələbənin qazanılması bunun növbəti sübutu oldu. 30 bahar torpaqlarımızın işğaldan azad olunmasını gözləyən xalqımız Ali Baş Komandanımızın sərkərdəlik məharəti, Müzəffər Ordumuzun rəşadəti, xalqımızın birliyi sayəsində torpaq həsrətinə son qoydu. Prezidentimizin apardığı məqsədyönlü siyasət nəticəsində xalq – dövlət birliyi daha da möhkəmləndi və qalib gəldi.
Beləliklə, biz Vətən müharibəsində Möhtəşəm Qələbənin ikinci baharına qədəm qoyuruq. İkinci bahardır ki, işğaldan azad olunmuş, müqəddəs şəhidllərimizin qanı ilə suvarılmış torpaq qış yuxusundan oyanacaq. Ağaclar çiçək açacaq, güllər, çiçəklər rahat nəfəs alacaq, çaylar, bulaqlar çağlayacaq.

Qələbəmizin ikinci baharının qədəmləri uğurlu, torpaqlarımız bərəkətli, olsun!

Vaqif İsrafilov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Xaçmaz Rayon Komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024