Mobil versiya
YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir - FOTOLAR
Tarix: 16-03-2022 | Saat: 15:25
Bölmə:Ölkə | çapa göndər

YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir

16 Mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Çobanabdallı kənd, Çobanabdallı tam orta məktəb, Qiyaslı kənd və RAEM ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edən partiya fəalları ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib. Fazil Abdıyev Çobanabdallı kənd ərazi partiya təşkilatının sədri, Elşad Məhərrəmov sədr müavini; Svetlana Məmmədova Çobanabdallı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Xəyalə Fərmanlı sədr müavini; Günay Rzayeva Qiyaslı kənd ərazi partiya təşkilatının sədri, Vüqar Qasımov sədr müavini; Elmir Qurbanov RAEM ərazi partiya təşkilatının sədri, Durdanə Məcidova isə sədr müavini seçiliblər.

Yığıncaqlarda iştirak edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024