YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib - FOTOLAR
Tarix: 15-03-2022 | Saat: 18:18
Bölmə:Ölkə | çapa göndər
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir. 2022-ci il mart ayının 15-də YAP Qazax rayon təşkilatının Qazax şəhər İcra Nümayəndəliyi, Qazax Qaz İstismar İdarəsi, DSMF Qazax rayon Şöbəsi, İkinci Şıxlı kənd, Magistral Qaz Kəmərləri Sahəsi ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib. Hesabat – seçki yığıncaqlarında pandemiya qaydalarına tam əməl olunub.
AİA.Az xəbər verir ki,əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib.
Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
Adları yuxarıda qeyd olunan ərazi partiya təşkilatlarında təşkilati məsələlərə də baxılıb.
YAP Qazax rayon təşkilatının Qazax şəhər İcra Nümayəndəliyi ərazi partiya təşkilatında Aynurə Abbasova sədr, İradə Mustafayeva sədr müavini, Qazax Qaz İstismar İdarəsi ərazi partiya təşkilatında Süleyman İbrahimov sədr, Yeganə Mahmudova sədr müavini, DSMF Qazax rayon Şöbəsi ərazi partiya təşkilatında Günəş Məmmədova sədr, Sənan Əliyev sədr müavini, İkinci Şıxlı kənd ərazi partiya təşkilatında Nərminə Kələşova sədr, Natiq Qədimov sədr müavini, Magistral Qaz Kəmərləri Sahəsi ərazi partiya təşkilatında Səməndər Məmmədov sədr, Qasım Mustafayev sədr müavini seçiliblər.
Yığıncaqlarda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədrləri və müavinləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Qeyd etdi ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri İlham Əliyev cənablarının proqram xarakterli nitqi hər birimiz üçün fəaliyyət proqramıdır. Partiya üzvlərinin daha məlumatlı, bilgili, yetkin olmaları, beynəlxalq aləmdə, regionumuzda, respublikamızda baş verən hadisələrdən xəbər tutmaları üçün mütəmadi olaraq sosial şəbəkələri, kütləvi informasiya vasitələrini izləmələrinin vacibliyini ön plana çəkdi. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verdi. Yığıncaq iştirakçılarını Torpaq çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək səmimi arzularını çatdırdı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025