Mobil versiya
Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daimi və dönməz olduğu bir daha sübut olunub
Tarix: 15-03-2022 | Saat: 15:29
Bölmə:Media | çapa göndər

Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin  daimi və dönməz olduğu bir daha sübut olunub

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il martın 10-da qardaş Türkiyəyə işgüzar səfəri ilə bağlı müzakirələr cəmiyyətimizin xü¬susi diqqət mərkəzindədir. Belə ki, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsinin nəticələri, yaranan həmin reallıqların daha da möhkəmləndirilməsi, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Rəsmi məlumatda bildirilir ki, 2020-ci il no¬yabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi görüşdə qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun bölgə üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars–Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin önəmi vur¬ğulanıb. Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi, hərbi, hərbi-texniki, o cümlədən, hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirilməsi, Ukraynadakı və başqa hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə dövlət başçıları¬nın şəxsi dostluğu, bu dostluğun Türkiyə–Azərbaycan işbirliyini daha yüksək səviyyəyə qaldırması danılmaz faktdır. Tarixdən gələn qardaş¬lığı qorumaq, inkişaf etdirmək və daha üstün strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq hər liderin bacardığı iş deyil. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bunu bacardı. Ona görə ki, Azərbaycanla Türkiyənin indiki qədər yüksək səviyyəli strateji müttəfiqliyi məhz indiki liderlərimizin əsəridir. Beləliklə, liderin tarixdəki rolu bir daha gündəmə gəlir və İlham Əliyev – Rəcəb Tayyib Ərdoğan dostluq və qardaşlığının, hər iki liderin öz ölkələrinin inkişafı üçün gördüyü fövqəladə işlərin məntiqi nəticəsi şəxsiyyət və zaman düşüncələrini bizim üçün bir daha gündəmə gətirir. Azərbaycanla Türkiyə bu an¬lamda öz liderləri ilə bütün dünyaya örnəkdir. Liderlərimiz həm öz ölkələrini, həm də öz ölkələrindən ayırmadıqları qardaş ölkənin qüdrətlənməsini əməli addımlarla təmin edir. Dövlət böyüklərimizin sözlərini bir daha xatırla¬yaq: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlətik”. İndiki nəsillərin əsas mənəvi borcu bu kəlamların birlik ruhunu qorumaq, o birliyə daha üstün səviyyə qazandırmaqdır.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan və Türkiyə arasında imzalanan, daha sonra iki ölkənin parlamentləri və dövlət başçıları tərəfindən təsdiq olunan Şuşa Bəyannaməsi iki qonşu, dost, qardaş ölkə arasında daimi müttəfiqliyin geridönməzliyinin, qarşısıalınmazlığının təsdiqidir. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birlikdə gördüyü işlər təsadüflərlə, tendensiyalarla deyil, məhz qanunauyğunluq¬larla səciyyələnir. Şuşa Bəyannaməsi qanun¬dur! Azərbaycan Prezidentinin Şuşada, tarixi bəyannamə imzalanarkən dediyi sözlərlə ifadə etsək, əcdadımızın ruhunu şad edən, gələcək nəsillərə yol açan qanun!

Şuşa Bəyannaməsi adı ilə, məzmunu ilə şərəflidir. Şuşa Bəyannaməsi böyük gələcək vədi ilə əvəzsizdir. Elə bir sənəddən danı¬şırıq ki, Azərbaycanla Türkiyə ara¬sında hərbi-texniki işbirliyinin örnəyi nə öz keçmişimizdə müşahidə olunmayıb, nə də başqa ölkələrlə münasibətlərin keçmişinə xas olmayıb, gələcəyinə də uyğun deyil. Bizim müşahidəmiz, dəyərləndirməmiz və inamımız da odur ki, Şuşa Bəyannaməsindən üstün sənəd yoxdur. Çünki Azərbaycanla Türkiyənin dərin bağları var. O dərinliyi dərk edib, əcdad ruhunu şad edən, gələcəyə yol açan liderləri var. Belə liderlər hər ölkənin, hər dövrün şansı deyil.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan–Türkiyə strateji müttəfiqliyi yalnız iki ölkənin deyil, bölgənin dizaynını dəyişir. İstər “3+3” formatlı işbirliyi arayışları, istər Zəngəzur dəhlizi ilə bağlı atılan addım¬lar, istərsə də Avropann enerji təhlükəsizliyi baxımından özəl önəm daşıyan TANAP və TAP Türkiyə–Azərbaycan işbirliyinin təntənəsi olaraq, indiki ağır vəziyyətdə qeyri-adi gerçəklik yaradır. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə strateji müttəfiqliyi türk¬soylu ölkələrin işbirliyinin önəmini və rolunu da qabardaraq, bugünkü geosiyasi durumda atılmalı zəruri addımları ön plana çıxarır.

Ən nəhayət, Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da qardaş Türkiyəyə işgüzar səfəri, Onun Prezident Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqlar, müzakirələr ölkələrimiz arasında siyasi, hərbi, iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsinə töhfə olmaqla yanaşı, Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daimi və dönməz olduğunun bir adaha sübutudur.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024