Səudiyyə Ərəbistanı neft hasilatını artıracaq
Tarix: 11-05-2016 | Saat: 18:59
Bölmə:İqtisadiyyat | çapa göndər
"Saudi Aramco şirkətinə xoş gəlmisiz" – belə dəvəti almaq imkanı xarici jurnalistə həmişə nəsib olmur
Daha çox qapalı rejimdə işləməyə üstünlük verən Səudiyyə dövlət neft şirkəti BBC də daxil bir qrup jurnalisti ölkənin şərqində, Dharan şəhərində yerləşən mərkəzi ofisinə dəvət edərək gələcək planlarını açıqlayıb.
Görüşdə söhbət şirkətin ölkənin modernləşməsində oynayacağı roldan gedib.
Söhbət əsnasında digər neft istehsalıçıları üçün ürəkaçıcı görünməyən bu xəbər məlum olub ki, Səudiyyə yaxın zamanlarda neft istehsalını azaltmaq niyyətində deyil.
Şirkətin rəhbəri Əmin Nasir deyib ki, dövlət neft şirkəti səhmlərini satışa çıxaracağı 2016-cı ildə neft hasilatını artırmaq niyyətindədir.
Səhmlərin satışı ilə bağlı aparılacaq dəyərləndirmə nəticəsində şirkətin dəyərinin 2 trilyon ABŞ dolları, yəni Apple-dan 4 dəfə baha olacağı gözlənilir.
Saudi Aramco səhmlərin 5 faizinin satışa çıxarılması Səudiyyə iqtisadiyyatının dramatik sürətdə genişləndirilməsinin planın tərkib hissəsididr.
Məqsəd krallığın neft və qazdan asılılığını azaltmaqdır.
Səudiyyənin Vision 2030 adlı modernizasiya və iqtisadiyyatın divesifikasiya planı neft gəlirlərinin neft-kimya, mədənçilik, turizm və tikinti sahələrinə investisiya qoyulmasını nəzərdə tutur.
Plana görə, ümid edilir ki, növbəti 15 il ərzində iqtisadiyyatın həcmi 2 dəfə artacaq, Səudiyyədə əlavə 6 milyon iş yeri yaradılacaq.
Lakin planın reallaşması üçün böyük miqdarda xarici investiya qoyuluşu tələb olunur.
Dövlət neft şirkətinin səhmlərinin 5 faizinin satış üçün təklif olunmasına investisiya bazarlığına yol açan addım kimi baxılır.
Büdcəsinin 90 faizinin neft-qaz gəlirlərindən formalaşdığı ölkə üçün bu qərarın verilməsinin asan olmadığı şübhə doğurmur.
Səudiyyənin planı hətta özünü doğrultsa belə, neft istehsalının ölkədə azalacağını əminliklə demək çətindəir. Bu isə Venesuela, Nigeriya və Şimal Dənizində rəqib neft istehsalçıların durumunu daha da çətinləşdirə bilər
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024