Mobil versiya
Bakı və Sumqayıtda brakonyerlərə qarşı əməliyyat keçirilib
Tarix: 15-03-2022 | Saat: 11:14
Bölmə:Ölkə | çapa göndər

Bakı və Sumqayıtda brakonyerlərə qarşı əməliyyat keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov aia.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Pərviz Hüseynov və Sumqayıt şəhər sakini Bəhruz Əlibabayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

"Ayrı-ayrı inzibati rayonların ərazilərindəki su hövzələrində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 525 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatında ov qaydalarını pozduğuna görə Biləsuvar rayon sakini İlham Mahmudov saxlanılıb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024