Anar Nəbiyev: “Azərbaycanın təşəbbüskarı olduğu layihələr regional sülhü və inkişafı təmin edir”
Tarix: 15-03-2022 | Saat: 10:23
Bölmə:Gündəm | çapa göndər
Bu gün bütün düyada gedən proseslər birmənalı olaraq onu göstərir ki, artıq beynəlxalq hüquq deyilən mexanizm öz işləkliyini tamamilə itirmək üzrədir. Bu vəziyyət bütün ölkələri ciddi təhlükələrlə üz-üzə qoyur. Lakin öz iqtisadiyyatını düzgün inkişaf etdirən ölkələr bu sarsıntılardan özlərini qoruya bilirlər. Azərbaycan da məhz o ölkələrdəndir ki, dünyada baş verən mənfi proseslərdən kənarda durmağı bacarır. Bu isə əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasətin nəticəsidir.
O cümlədən İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında imzalanmış Anlaşma Memorandumu mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir. İlk növbədə bu layihə Ermənistanı regional və beynəlxalq iqtisadi layihələrdən bir qədər də təcrid olunmasına və bu ölkənun daha da geriləməsinə səbəb olacaq. Məlum olduğu kimi, ölkəmizin Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində yaranmış yeni regional reallıqlar bütün region ölkələri üçün, o cümlədən Ermənistan üçün yeni iqtisadi inkişaf perspektivləri yaratdı. Azərbaycan hər zaman müəyyən şərtlər daxilində məğlub Ermənistana öz iqtisadiyyatını bərpa etmək şansı verə biləcəyini bəyan edib. Lakin bu ölkənin rəhbərliyində duranlar nədənsə belə bir tarixi şansı dəyərləndirməyə tələsmirlər. Maraqlıdır ki, bu gün iqtisadiyyatının sözün əsl mənasında reanimasiyaya ehtiyacı olan Ermənistan ona verilən imkanlardan imtina etməklə özünü daha çox dalana sıxışdırmağa üstünlük verir. Təkliflər isə əlbəttə ki, daim qüvvədə ola bilməz. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış Anlaşma Memorandumu ilə nəzərdə tutulan layihələrin reallaşması ilə bölgədə avtomobil, dəmir yolu, rabitə və elektrik enerjisinin nəqli kimi strateji əhəmiyyət kəsb edən sahələrə yeni bir dinamika gələcək. Bütün regionun nəqliyyat, kommunikasiya strukturunda yeni bir canlanma müşahidə olunacaq. Lakin bütün bu proseslər Ermənistan üçün yenə də əlçatmaz olaraq qalacaq.
Yeni imzalanmış Anlaşma Memorandumu Azərbaycanla və İran arasında iqtisadi-ticari, siyasi sahələrdə münasibətlərin bundan sonra daha sürətli inkişafına böyük töhfə olacaq. Azərbaycan indiyədək iştirak etdiyi bütün ikitərəfli və ya çoxtərəfli beynəlxalq layihələrdə özünü etibarlı tərəfdaş kimi göstərib. Məhz buna görə də Azərbaycan bu gün bütün dünyda qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün ən arzuolunan ölkələrdən biridir. O cümlədən Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu hər iki ölkə tərəfindən böyük razılıqla qarşılanıb. Bir məqamı da qeyd etmək lazımdır ki, Anlaşma Memorandumunun imzalanmasını zəruri edən əsas səbəblərdən biri də Azərbaycanla İran arasında dərin tarixi, milli, mədəni köklərin mövcud olmasıdır. Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya xətlərinin yaradılmasına başlanılması ilə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yeni bir mərhələyə keçid alacaq. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. İkinci bir tərəfdən isə Kommunikasiya bağlantılarının çəkilməsinə dair Anlaşma Memorandumu ölkələrimiz arasında imzalanmış yeganə sənəd deyil. Belə ki, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının son iclası çərçivəsində həmçinin Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı arasında, bundan başqa “Azərbaycan Televiziya və Radio verilişləri” QSC ilə İran Radio və Televiziyası arasında anlaşma memorandumları kimi mühüm əhəmiyyət kəsb edən sənədlər də imzalanmışdır. Bununla belə əlbəttə ki, məhz Şərqi Zəngəzur iqtisadi rayonunun dirçəldilməsinə, ümumilikdə Qarabağın yenidən qurulması prosesinə mühüm töhfə olacaq Kommunikasiya bağlantılarının çəkilməsinə dair Anlaşma Memorandumunun əhəmiyyəti xüsusi vurğulanmalıdır. Məlum olduğu kimi, ötən müddət ərzində Ermənistan tərəfi keçən il yanvarın 11-də Moskvada imzalanmış üçtərəfli Bəyanat əsasında yaradılmış birgə komissiyanın işinə müxtəlif əngəllər törətdi. Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri, ondan sonra baş verən hadisələr, ümumilikdə üçtərəfli işçi qrupunun öz işinin geniş miqyasda həyata keçirməsinə ciddi maneələr ortaya çıxardı. Ən əsası da Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı konkret fikirlə çıxış etmirdi və üzərinə götürdüyü öhdəliklərin icrasını ləngidirdi. Hətta Azərbaycan iqtisadi və texniki sahədə əsaslandırmanı Ermənistana təqdim etsə də, yekun bir nəticə əldə etmək mümkün olmadı. Belə olan halda, Azərbaycan təbii ki, alternativ marşrutlara nəzər salmalı idi və bunu da etdi. Bu gün dünyada gedən proseslər fonunda Prezident İlham Əliyev tərəfindən region ölkələrinə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətləri təklif olunması, həmçinin bərabərhüquqlu tərəfdaşlıq sistemində xalqların rifahı haqqında irəli sürülən tezislərin dəstəklənməsi bir daha dövlət başçımızın praqmatik və uzaqgörən, eyni zamanda da insansevər siyasətindən xəbər verir.
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025