Mobil versiya
Azər Kərimli: “Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üzərindən Avropa ilə əlaqələrini genişləndirən bütün ölkələrin maraqlarına cavab verir”
Tarix: 02-09-2025 | Saat: 11:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üzərindən Avropa ilə əlaqələrini genişləndirən bütün ölkələrin maraqlarına cavab verir”

“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) həm ərazisinə, həm də əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu nüfuzlu beynəlxalq təsisatdır. Sentyabrın 1-də Çinin Tiencin şəhərində Təşkilata üzv ölkələrin rəhbərlərinin Zirvə görüşü öz işinə başlayıb. “ŞƏT plyus” formatında keçirilən görüşdə cənab Prezident İlham Əliyev təşkilata sədrlik edən Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvətilə iştirak edib. Azərbaycan hazırda ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. Dövlətimizin başçısı bundan əvvəl iki dəfə təşkilatın Zirvə görüşlərində də iştirak edib. Azərbaycanın bu mötəbər tədbirdə iştirakı ölkəmizin Avrasiya məkanında mövqelərinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir. Məlumdur ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri dinamik şəkildə inkişaf etdirir. Həmçinin ölkəmiz bu təşkilatın ən nüfuzlu üzvü olan Çin Xalq Respublikası ilə ikitərəfli formatda əlaqələrini ən yüksək səviyyədə qurur. Məlum olduğu kimi, keçən il “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu mühüm sənəd Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin arasında baş tutmuş təkbətək görüşün gedişində imzalanmışdır. Bu il isə, dövlət başçımızın Çinə dövlət səfəri çərçivəsində Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Etiraf olunmalıdır ki, bu gün Azərbaycan-Çin əməkdaşlıq əlaqələri istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.”


Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, Azərbaycan-ŞƏT əməkdaşlıq əlaqələrinin əsas istiqamətlərindən biri olan nəqliyyat və logistika sahəsi, Azərbaycan-Çin münasibətlərinin formalaşmasında da mühüm rol oynayır: “ŞƏT-in Tiencin Zirvə görüşündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri olaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Aydındır ki, ŞƏT-ə üzv ölkələrin əksəriyyəti ilə Azərbaycanın nəqliyyat əlaqələri məhz Xəzər dənizi üzərindən keçir. Buna görə də Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətini getdikcə artırır. Əlbəttə ki, Orta Dəhliz Azərbaycan vasitəsilə həm də Çini Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını bərpa edəcək Zəngəzur dəhlizinin açılması isə, Orta Dəhlizin tranzit imkanlarının daha da genişlənməsinə xidmət edəcək” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-09-2025