Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 2021-ci il üçün HESABATI
Tarix: 14-03-2022 | Saat: 17:13
Bölmə:Gündəm | çapa göndər
Bir millətin varlığını davam etdirən, özünəməxsusluğunu təmin edən başlıca dəyərlər, şübhəsiz ki, onun dili, mədəniyyəti, tarixi irsinə sadiqliyidir. Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu təsis olunduğu zamandan – 2005-ci ildən Azərbaycan xalqının milli irsini, mədəni və tarixi dəyərlərini qorumaq, tanıtmaq kimi taleyüklü bir vəzifəni öhdəsinə götürərək məsuliyyətlə davam etdirir. Ötən bu 17 il müddətində Fond öz imkanları daxilində müxtəlif sahələrdə milli, mədəni dəyərlərimizi tədqiq edərək istər Azərbaycanda, istərsə də sərhədlərimizdən kənarda təbliğ etməyə, tanıtmağa müvəffəq olmuşdur. Ənənəyə sadiq qalaraq müxtəlif sahələrdə müsabiqələrin, təqdimat mərasimlərinin, görüşlərin və s. tədbirlərin təşkilini yola saldığımız il ərzində də davam etdirdik.
Ötən 2021-ci ildə MİMTA Fondunun təsis etdiyi mətbu orqanların – “Füyuzat” və “İşıq” jurnalının müvafiq illik sayları nəşr olunaraq oxucuların istifadəsinə verildi. Jurnallarımızın hər ikisi cəmiyyətimizin taleyüklü məsələlərinə, ölməz dəyərlərimizə aid mövzuları oxucuların diqqətinə çatdırdı, xüsusən Vətən Müharibəsinin ildönümü münasibətilə müvafiq mövzularda məqalələrlə cəmiyyətə, əsasən də gənc nəslə Azərbaycan sevgisini bir daha aşılamağa çalışdı. Həm “Füyuzat”, həm də “İşıq” dərgisinin yeni nömrələri pandemiya şərtləri daxilində təqdim edildi, mövzular ətrafında oxucularla maraqlı müzakirələr aparıldı.
Yola saldığımız il Fondun tərkibindəki MİMTA Yayımlarının fəaliyyəti baxımından da məhsudarlığı ilə seçildi. Belə ki, MİMTA Yayımlarında həm tərcümə, həm də tərtibat sahəsində 11 kitab işıq üzü gördü. Tərcümə ədəbiyyatından “Qoca dənizçinin hekayəti” (S.T.Koleric), “Siyasətnamədən hekayələr” (Nizamülmülk), “Babil yanarkən” (Y.Şen, E.Coşkun), “İnsanı yaşadan nədir?” 2-ci nəşri (L.Tolstoy), o cümlədən, böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə dahi mütəfəkkirin “Xəmsə” toplusundan seçilib nəsrlə tərcümə olunan “Xəmsədən hekayələr” kitabı oxucuların istifadəsinə verilmişdir.
Bununla yanaşı, “Nargin – saralmış kədər” (Y.Orucov), “Könül dünyası” (K.Bünyadzadə), “Cavad xan oğlu Uğurlu xanın hekayəti” (M.Zauroğlu), “Təmsillər” (Q.Zakir), “Bütün yollar Şuşaya aparır” (toplu) kitabları uğurla tərtib olunaraq işıq üzü görmüşdür.
Noyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “aybKitab” layihəsi və MİMTA Fondunun dəstəyi ilə çap olunan “Bütün yollar Şuşaya aparır” kitabının təqdimat mərasimi keçirildi. Qeyd edək ki, kitabda Vaqif Poeziya Günlərində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ilə bərabər Şuşada olan elm, mədəniyyət və ədəbiyyat xadimlərinin çıxışları, oxunan şeirləri, həmçinin, həmin günlər barədə yazılan məqalələr, reportajlar, poetik təəssüratlar toplanıb. Təqdimat mərasimində çıxış edən ziyalılar – xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Xalq şairi Nəriman Həsənzadə, AYB-nin katibi və kitabın ideya müəllifi Elçin Hüseynbəyli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “AybKitab” layihəsinin rəhbəri Xəyal Rza və başqaları kitabın önəmindən danışdılar, nəşrə verdiyi dəstəyə görə MİMTA Fonduna minnətdarlıqlarını bildirdilər.
Kitab sahəsində fəaliyyətimizi daha da genişləndirmək məqsədilə gələcək nəşrlərimizin də planı tutulmuş, müəllif haqları ilə bağlı müqavilələr bağlanmış, yeni kitabların tərtibatı sahəsində işlərə start verilmişdir. Artıq Fondun fəaliyyət sahəsinin ayrılmaz parçasına çevrilən kitab nəşri işi bizim üçün xüsusi özəllik daşıyır. Belə ki, MİMTA Yayımlarında nəşr etdiyimiz bütün kitabları tərcümə yaxud tərtib edərkən milli dəyərlərimizə, dövlətçiliyimizə ziyan verəcək fikirlərdən uzaq olmasına diqqət göstərilir. Bu baxımdan kitab seçimi bizim üçün nə qədər çətin olsa da, bir o qədər uğurludur. Uğurlarımızın soraqçısı isə gün-gündən artan oxucu marağıdır.
MİMTA Yayımlarında yalnız kitab deyil digər nəşr fəaliyyətləri də həyata keçirilir. Belə ki, 1911-12-ci illərdə nəşr olunmuş, Azərbaycanın ilk qadın nəşri “İşıq” qəzetinin 47 sayı toplu şəkildə transliterasiya olunaraq çapa hazırlanmışdır. Milli mətbuat tariximizdə özünəməxsus yeri olan bu toplunu yaxın günlərdə təqdim edəcəyik. İnanırıq ki, Azərbaycan qadınının həyatında önəmli rolu olmuş “İşıq”ın yeni əlifbada nəşri xalqımız tərəfindən yüksək maraqla, rəğbətlə qarşılanacaq.
Kitab nəşri ilə bərabər, çap olunmuş kitablarımızın bir neçəsinin audio versiyasını da hazırlayaraq dinləyicilərə “AudioKitab” tətbiqi vasitəsilə təqdim etmişik. Artıq kitablarımızın səsli versiyalarını da tətbiqdən asanlıqla əldə etmək mümkündür.
2021-ci il ölkəmizdə kitab sahəsində böyük hərəkətliliklə yadda qaldı. Belə ki, dahi Nizaminin 880 illik yubileyi münasibətilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq Kitab sərgi-yarmarkası, bunun ardınca MİMTA Yayımlarının da üzvü olduğu Azərbaycan Nəşriyyatları Assoisasiyasının təşkilatçılığı ilə keçirilən I Sumqayıt Kitab Sərgisi, I Gəncə Kitab Sərgisi ölkəmizdə mütaliəyə marağın artması baxımından böyük rol oynadı. Fondumuz bu sərgilərin hər birində həm kitablarla, həm də mətbu orqanları ilə uğurla iştirak etdi, təqdimatlar, oxucu görüşləri keçirdi. Kitab sərgi-yarmarkalarında əməkdar jurnalist Yunis Orucovun “Nargin – saralmış kədər” tarixi romanının, Müzadil Zauroğlunun “Cavad xan oğlu Uğurlu xanın hekayəti” tarixi povestinin, həmçinin akademiyanın müxbir üzvü Könül Bünyadzadənin “Könül dünyası” toplusunun təqdimat mərasimləri böyük oxucu marağı ilə qarşılandı. I Sumqayıt Kitab Sərgisi və I Gəncə Kitab Sərgisi də oxucu görüşləri, imza mərasimləri baxımından yaddaqalan oldu. Xüsusən, I Gəncə Kitab Sərgisində “Füyuzat” və MİMTA Yayımları əməkdaşlarının oxucularla görüşü böyük maraqla qarşılandı. Əməkdaşlarımızın əsasən milli şüur və dəyərlərimiz haqqında çıxışları dinləyicilərin rəğbətinə səbəb oldu.
Vətən müharibəsində dövlət-xalq-ordu birliyi ilə düşmən üzərində parlaq qələbəmizin ildönümünə həsr etdiyimiz “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsini xüsusi qeyd etməliyik. Torpaqlarımızın azadlığı uğrunda şəhid düşən, qazi olan qəhrəmanlarımıza həsr olunmuş müsabiqəyə maraq çox böyük oldu. Belə ki, respublikanın, demək olar, hər bölgəsindən müsabiqəyə qatılan müəlliflər oldu ki, nəticədə qəbul olunan yazıların sayı 235-ə çatdı. Bu isə həm Vətən müharibəsi qəhrəmanlarımıza ehtiramın, həm də Fondumuzun bu vaxta qədər keçirdiyi müsabiqələridəki seçim şəffaflığına etibarın ifadəsi idi. Müsabiqədə ilk 3 yeri tutanlar qalib kimi, əlavə olaraq 3 iştirakçı isə həvəsləndirici yerə layiq görüldü. Yer tutmuş müsabiqə iştirakçılarına MİMTA Fondu tərəfindən pul mükafatı, diplom və müxtəlif hədiyyələr təqdim olundu.
Ötən il Fondumuz Azərbaycan respublikası İnsan Hüquqları üzrə Müəkkili (Ombudsman), F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Səssiz ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək Təşkilatı ilə birgə layihə də həyata keçirdik. Layihə gözdən əlil uşaqlar üçün jest dilinin inkişaf etdirilməsi məqsədi daşıyırdı. 10 dekabr 2021-ci il tarixində layihənin tərəfdaş qurumlarının iştirakı ilə BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında hazırlanmış elektron kitabın təqdimat mərasimi keçirildi. Ümid edirik ki, bu gözəl layihə gözdən əlil uşaqlar üçün bir dəstək olacaq.
Hər il olduğu kimi, ötən il də Fondumuzun Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində istifadəyə verdiyi “Füyuzat Media Mərkəzi”ndə görüşlər keçirilmişdir. Tələbələrə dəstək mərkəzli bu maarifləndirici görüşlərdə ziyalılarla, kitab müəlifləri ilə səmərəli görüşlər, seminarlar təşkil olunmuşdur. Bu tip görüşlərin sayını gələcəkdə daha da artırmağı düşünürük. Çünki gənc nəslin milli ruhda, dövlətçilik ənənələrinə sadiq yetişməsi Fondun əsas prioritetlərindən biridir.
Pərviz Əmirov,
MİMTA Fondunun icraçı direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025