Mobil versiya
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib - FOTOLAR
Tarix: 14-03-2022 | Saat: 16:46
Bölmə:Ölkə | çapa göndər

YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir. 2022-ci il mart ayının 12-də YAP Qazax rayon təşkilatının Dəmiryol İdarəsi, Cəfərli kənd, 2022-ci il mart ayının 14-də Elektrik Şəbəkəsi, Qazax Kombinat, Mərkəzi Xəstəxana, Meşə Mühafizəsi və Bərpası İdarəsi, YAP Qazax rayon təşkilatı Aparatı ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib. Hesabat – seçki yığıncaqlarında pandemiya qaydalarına tam əməl olunub.

AİA.Az xəbər verir ki, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib.

Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Adları yuxarıda qeyd olunan ərazi partiya təşkilatlarında təşkilati məsələlərə də baxılıb.

YAP Qazax rayon təşkilatının Dəmiryol İdarəsi ərazi partiya təşkilatında Pənah Binnətov sədr, Anar Lütvi sədr müavini, Cəfərli kənd ərazi partiya təşkilatında Nizami Allahverdiyev sədr, Fazil Almazov sədr müavini, Elektrik Şəbəkəsi ərazi partiya təşkilatında Əşrəf Əliyev sədr, Arif Qurbanov sədr müavini, Qazax Kombinat ərazi partiya təşkilatında Nuridə Gürzalıyeva sədr, Firuzə Qurbanova sədr müavini, Mərkəzi Xəstəxana ərazi partiya təşkilatında Sevda Həsənova sədr, Cəvahir Əhmədova sədr müavini, Meşə Mühafizəsi və Bərpası İdarəsi ərazi partiya təşkilatında Elsevər Əhmədov sədr, Anar Həsənov sədr müavini, YAP Qazax rayon təşkilatı Aparatı ərazi partiya təşkilatında Mehman Ballayev sədr, Babək Vələdov sədr müavini seçiliblər.

Yığıncaqlarda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədrləri və müavinləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Qeyd etdi ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri İlham Əliyev cənablarının proqram xarakterli nitqi hər birimiz üçün fəaliyyət proqramıdır. Partiya üzvlərinin daha məlumatlı, bilgili, yetkin olmaları, beynəlxalq aləmdə, regionumuzda, respublikamızda baş verən hadisələrdən xəbər tutmaları üçün mütəmadi olaraq sosial şəbəkələri, kütləvi informasiya vasitələrini izləmələrinin vacibliyini ön plana çəkdi. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verdi. Yığıncaq iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək səmimi arzularını çatdırdı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024