Mobil versiya
YAP-ın VII Qurultayı ölkənin ictimai-siyasi həyarında yeni eranın başlanğıcı oldu.
Tarix: 11-03-2022 | Saat: 16:50
Bölmə:Ölkə | çapa göndər

YAP-ın VII Qurultayı ölkənin ictimai-siyasi həyarında yeni eranın başlanğıcı oldu.

Ölkənin bütün regionlarından seçilmiş Azərbaycan ziyalılarının müraciətindən sonra 21 noyabr 1992 –ci ildə yaranan Yeni Azərbaycan Partiyası, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alıb və daim ölkədə cərəyan edən siyasi proseslərin önündə olub, ona göstərilən etimadı layiqincə doğruldub. Lakin bütün bunlara baxmayaraq Partiyamız heç vaxt əldə etdiyi nailiyyətlərlə kifayətlənməyib, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atıb, cəmiyyətimizdəki yeniliklərlə və dəyişikliklərlə bir addımlayıb.

Yeni Azərbaycan Partiyasının fəaliyəti dövründə bu günə qədər yeddi Qurultay keçirmişdir. Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai - siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Bu baxımdan bir il öncə 05 mart 2021-ci ildə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında yeni inkişaf dövrünün başlanğıcı kimi xarakterizə olunur. Qurultaydan keçən bir il ərzində YAP bir sıra ölkələrin siyasi partiyaları ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıb. Bütövlükdə, YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi hər zaman partiyanın prioritet istiqamətlərindən biri olub.

Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar, yeni Nizamnamə müasir dövrün bütün tələb və çağırışlarına cavab verdi, partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Daha təkmil idarəetmə formasının müəyyən olunması, yeni Proqramın demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva etməsi hakim partiyanın ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsinə, yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərdi.

Ən əsası, qəbul olunan qərarlarla YAP həm də yeni siyasi nümunə ortaya qoydu. Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoyması xüsusi ilə diqqətəlayiqdir. Beləki, 6 siyasi partiyanın YAP-a qoşulması partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunun nümayişi, eyni zamanda ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində,demokratik ənənələrin şaxələnməsində yenilik oldu.

Qarabağa aparan yolun prezident İlham Əliyevin ətrafında sıx birləşməkdən keçdiyini bilən xalqımız hər zaman bu əqidəyə sadiq qalmışdır və 44 Günlük Vətən müharibəsində də Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitləri ilə birlik nümayiş etdirərək 30 illik torpaq həsrətinə son qoyulmasına, haqq, ədalət, ərazi bütövlüyümüz bərpa olunmasına öz layiqli töhvələrini vermişdir.

Biz əminik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək, Azərbaycanın bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlarının sürətli və hərtərəfli inkişafına öz tövhələtini verəcəkdir.

RÖVŞƏN Qurbanov,
YAP Goranboy rayon təşkilatının əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024