Mobil versiya
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir - FOTOLAR
Tarix: 10-03-2022 | Saat: 12:16
Bölmə:Ölkə | çapa göndər

Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir

24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Nizami rayonu sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib.

Görüşdə millət vəkili K.Nurullayeva vətəndaşları fərdi formada dinləyərək, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb. Deputat qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, Vətən müharibəsi iştirakçısının veteran adı və vəsiqəsi almaqla bağlı yaşadığı çətinlik, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri və s. bu kimi məsələlər başlıca yer almışdır.

Qəbulun sonunda Milli Məclisin deputatı Könül Nurullayeva görüş iştirakçılarına bildirib ki, səlahiyyətləri daxilində qeydiyyata götürülmüş bütün müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024